142 və 190 “Çağrı mərkəzləri”nə 43,7 mindən çox müraciət edilib

Cari ilin mart ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) 142 və 190 “Çağrı mərkəzləri”nə vətəndaşlar tərəfindən 12 081 müraciət daxil olub.

Əmək və sosial müdafiə, tibbi-sosial ekspertiza və reabilitasiya, sosial sığorta münasibətləri sahələrində fəaliyyət göstərən avtomatlaşdırılmış sistemlər həmin sahələr üzrə əhaliyə dövlət xidmətlərinin məmur-vətəndaş kontaktları olmadan, şəffaf şəkildə həyata keçirilməsini təmin edir. Bu da müsbət nəticələrdən biri kimi, nazirliyə ünvanlanan, eyni zamanda,“Çağrı mərkəzləri” vasitəsilə daxil olan vətəndaş müraciətlərində aidiyyəti sahələrlə bağlı şikayət xarakterli müraciətlərin sayının minimuma enməsi, daxil olan müraciətlərin böyük əksəriyyətinin  sorğu xarakteri daşıması ilə müşahidə olunur.

Ötən ay vətəndaşların 142 və 190--“Çağrı mərkəzləri” vasitəsilə etdikləri müraciətlərin də 96,2 faizi sorğu xarakterli olub. Bu müraciətlərlə bağlı nazirliyin mütəxəssisləri vətəndaşların öyrənmək istədikləri məsələlərə dair onlara hüquqi izahatlar veriblər.

ƏƏSMN-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, nazirliyin 30-a qədər elektron xidməti əhalinin istifadəsindədir. Həmin e-xidmətlərə ictimai marağın getdikcə artmasının göstəricisi kimi, son bir ayda “Çağrı mərkəzləri”nə daxil olan sorğu xarakterli müraciətlərin bir hissəsi də elektron xidmətlərdən istifadə prosedurlarına aid olub. Belə sorğulara cavab olaraq da vətəndaşların məlumatlandırılması təmin edilib.

Vətəndaşları məlumatlandırmaq məqsədilə mart ayı ərzində onlara 42059 SMS göndərilib. 

Sorğu məzmunu daşımayan digər müraciətlərdə əksini tapan məsələlər isə nazirliyin aidiyyəti struktur bölmələrində araşdırılaraq müvafiq tədbirlər görülüb və nəticəsi barədə vətəndaşlara məlumat verilib.

Ümumilikdə cari ilin ilk rübü ərzində  ƏƏSMN-nin 142 və 190  “Çağrı mərkəzləri” tərəfindən 43740 müraciət cavablandırılıb.

 

Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında