Qobustan rayonu Xilmilli kəndində Pasxa bayramı ilə bağlı tədbir keçirilib

Qobustan Rayon İcra Hakimiyyəti başçısının Xilmilli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin və Xilmilli kənd “Molokan ruhani-xristian” dini icmasının birgə təşkilatçılığı ilə Xilmilli kəndində Pasxa bayramı ilə bağlı tədbir keçirilib.

 Tədbirdə Qobustan Rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov, Xilmilli kənd İƏD üzrə nümayəndəsi Adil Bayramov, Xilmilli kənd bələdiyyəsinin sədri Namik Mirzəyev, Heydər məscidinin imamı Çingiz Babaşov, Xilmilli kənd “Molokan ruhani-xristian” dini icmasının və Xilmilli kənd məscidi dini icmasının üzvləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Qobustan RİH başçısının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov “Molokan ruhani-xristian” dini icmasının üzvlərini Qobustan Rayon İcra Hakimiyyəti başçısı və rayon ictimaiyyəti adından təbrik etmişdir. A.Şikarov çıxışında ölkəmizdəki multikultural, tolerant mühitdən və bu sahəyə ölkə Prezidentinin, həmçinin rayon rəhbərliyinin diqqət və qayğısından danışmışdır.
Heydər məscidinin imamı Çingiz Babaşov “Molokan ruhani-xristian” dini icmasının üzvlərini Qobustan dindarları adından təbrik etmiş, rayonumuzda dinlərarası, millətlərarası münasibətlərin yüksək qarşılıqlı dostluq şəraitində olduğunu vurğulamışdır.

Xilmilli “Molokan ruhani-xristian” dini icmasının sədri Yekaterina Tsapleva və din xadimi Fyodor Raxmanin göstərilən qayğıya görə ölkə Prezidentinə və rayon rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildirdilər.

 

Səməd HÜSEYNOĞLU,

“Xalq qəzeti”nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında