İkinci Dünya müharibəsinin veteranları ilə görüş keçirilmişdir

Binəqədi Rayon İcra Hakimiyyəti və Azərbaycan Beynəlxalq Universitetinin birgə təşkilatçılığı ilə faşizm üzərində tarixi qələbənin 65-ci ildönümünə həsr edilmiş tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan universitetin prorektoru Həsən Bayramov bildirmişdir ki, 65 il əvvəl - 1945-ci ilin mayın 9-da qazanılan qələbə təkcə keçmiş ittifaq dövlətinin deyil, bütövlükdə insanlığın, haqq-ədalətin, sülh tərəfdarlarının qələbəsi idi.
Bu müharibə bir daha göstərdi ki, təcavüzün sonu məğlubiyyətlə nəticələnir. Ermənistanın da torpaqlarımızı işğal etməsi, insanları yurd-yuvasız qoyması müvəqqəti xarakter daşıyır. Gec-tez erməni quldurları ölkəmizdən qovulacaq, zəbt edilmiş ərazilərimizdə sülh, əmin-amanlıq bərqərar olacaqdır.
Tədbirdə universitetin müəllimi, tarix elmləri doktoru Xəlil Köçərli geniş məruzə ilə çıxış etmişdir. Natiq bildirmişdir ki, faşizm üzərində tarixi qələbənin 65-ci ildönümü ərəfəsindəyik. Xalqımız bu bayramı böyük təntənə ilə qarşılayır. Bu, təsadüfi deyil. Çünki 1945-ci il mayın 9-da qazanılan qələbədə Azərbaycanın da böyük, misilsiz xidmətləri olub. O zaman təqribən 3 milyon əhalisi olan respublikamızdan cəbhəyə 600 min nəfərdən çox döyüşçü getmişdi. Həmin ölüm-dirim savaşında igidliklə, qəhrəmanlıqla vuruşan soydaşlarımızın yarıdan çoxu döyüş meydanlarında həlak olmuşdu.
Natiq daha sonra demişdir: - Azərbaycan müharibə illərində həm də arxa cəbhədə böyük fədakarlıqlar göstərmiş, döyüşən orduya etdiyi yardımlarla keçmiş SSRİ respublikaları arasında xüsusilə fərqlənmiş, ad-san qazanmışdır. Faşizm üzərində tarixi qələbədə təkcə Bakı neftinin son dərəcə mühüm rol oynadığı deyilən fikrin bariz təsdiqidir.
Tədbirdə rayon icra hakimiyyəti ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Natiq Əliyev çıxışında bir məqamı xüsusi vurğulamışdır. Bildirmişdir ki, İkinci Dünya müharibəsində həlak olanların ailələrinə, yaşayan iştirakçılarına ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə böyük qayğı göstərilmişdir. Bu diqqət hazırda da ölkə Prezidenti cənab İlham Əliyevin yeritdiyi uğurlu siyasətlə davam etdirilir. Dövlətimizin başçısının Böyük Vətən müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım göstərilməsi barədə müvafiq sərəncamı bu qayğının əyani təzahürüdür.
Tədbirdə Bakı Şəhər Veteranlar Şurasının sədr əvəzi Məmməd Qarayev, Binəqədi Rayon Veteranlar Şurasının sədri Telman Hətəmov çıxış edərək 65 il əvvəl əldə olunan qələbənin tarixi əhəmiyyətini vurğulamış, ölkəmizdə müharibə veteranlarına göstərilən dövlət qayğısını yüksək qiymətləndirmişlər.
Sonda universitet rəhbərliyi tərəfindən gənclərin hərbi vətənpərvərlik tərbiyəsində fərqlənən veteranlar fəxri fərmanlarla təltif edilmişdir.

{nl}

Vaqif BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında