Fəaliyyətimizin başlıca amili - şəffaflıq

Rayon icra hakimiyyətində "Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə sahəsində qarşıya qoyulmuş vəzifələr" mövzusunda tədbir keçirilmişdir. Tədbirdə rayonun hüquq-mühafizə orqanlarının, idarə, təşkilat, müəssisələrinin rəhbərləri, kənd icra nümayəndələri, bələdiyyə sədrləri və Şirvan İnzibati-İqtisadi Məhkəməsinin hakimləri iştirak etmişlər.
Yığıncağı giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında ölkə həyatının bütün sahələrində rüşvətxorluq və korrupsiya hallarının aradan qaldırılması istiqamətində təsirli tədbirlərin həyata keçirilməsi ilə əlaqədar görülən işlərdən söhbət açdı. Bildirdi ki, hazırda ölkəmizdə belə neqativ hallara qarşı mübarizə gücləndirilmiş, təsirli tədbirlər görülməsinə start verilmişdir. Təsadüfi deyildir ki, "Azərbaycan Respublikası regionlarının 2009 - 2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirdi ki, əgər biz doğrudan da Azərbaycanı müasir ölkə kimi görmək istəyiriksə və bütün sahələrdə inkişafı görmək istəyiriksə xoşagəlməz hallara qarşı mütləq ciddi mübarizə aparmalıyıq. Korrupsiya və rüşvətxorluq böyük bəladır, böyük yaradır və bizim üçün böyük ləkədir. Elə etməliyik ki, bütün sahələrdə şəffaflıq təmin edilsin.
Sonra Şirvan İnzibati-İqtisad Məhkəməsinin sədri Elçin Qasımov və hakimi Rəfail Eyvazov, Ağsu rayon prokuroru Salman Məmmədli və rayon icra hakimiyyətinin hüquq şöbəsinin müdiri Tofiq Kərimov mövzu ətrafında çıxış etmişlər.

{nl}

İlqar HƏSƏNOV, "Xalq qəzeti"nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında