Gəncə Avtomobil Zavodu “Aqrolizinq” ASC-nin də sifarişlərini yerinə yetirəcək

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə (ASC) müqavilə əsasında təhvil verilən Gəncə Avtomobil Zavodu İstehsalat Birliyində istehsal olunan, pambıqçılıqda istifadə edilən “MTZ 80 X” markalı 150 ədəd və “1221” markalı 120 ədəd traktorlara baxış keçirilib.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumatda bildirilir ki, “Aqrolizinq” ASC tərəfindən təkmilləşdirilmə üçün nəzərdə tutulan bütün dəyişikliklər Gəncə Avtomobil Zavodu İstehsalat Birliyinin mütəxəssisləri tərəfindən aparılıb və pambıqçılıq təsərrüfatları üçün nəzərdə tutulan texnikalara qoruyucu şitlər və ağırlaşdırıcı yüklər quraşdırılıb.

Məlumatda, həmçinin vurğulanır ki,  Gəncə Avtomobil Zavodunda 2007-ci ildən etibarən dövlət sifarişi əsasında müxtəlif modeldə traktorlar və kənd təsərrüfatı texnikaları, asma avadanlıqlar, traktor qoşquları yığılaraq “Aqrolizinq” ASC-yə təhvil verilib. Bu günədək zavodda 10 min ədəd müxtəlif markalı traktor yığılıb, onlardan 8466-sı dövlət sifarişi əsasında “Aqrolizinq” ASC-yə verilib.

Bu il isə “Aqrolizinq” ASC ilə imzalanan müqaviləyə əsasən  1000 traktor və 700 traktor qoşqusu istehsal edilərək təhvil veriləcək.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında