Azərbaycanın dövlət sərhədini pozmuş 55 nəfər saxlanılmışdır

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən bildirmişlər ki, xidmətin əməkdaşları tərəfindən qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə, qaçaqmalçılığa və digər bu kimi cinayətlərə qarşı mübarizə tədbirləri davam etdirilmişdir.
Fevral ayı ərzində dövlət sərhədini pozduqları üçün 33 halda 55 nəfər saxlanılmışdır. Onların 38-i Azərbaycan, 2-si Gürcüstan, 1-i İran, 1-i Polşa vətəndaşıdır. Sərhəd pozucularının 13-ü qeyri-leqal miqrasiyaya qarşı mübarizə tədbirləri nəticəsində saxlanılmışdır. Qeyri-leqal miqrasiya etmək məqsədi ilə qanun pozanların 11 nəfəri Banqladeş, 2-si Moldova vətəndaşlarıdır.
Axtarışda olan 70 nəfər saxlanılaraq hüquq-mühafizə orqanlarına təhvil verilmişdir.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində ay ərzində 11 halda 5 kiloqram 558,2 qram narkotik maddə aşkar edilərək götürülmüşdür.
Qaçaqmalçılıq fəaliyyətinə qarşı aparılan mübarizə tədbirləri nəticəsində 57 halda ümumi dəyəri təqribən 274 min 706 manat olan qaçaqmal, o cümlədən 1 tapança, 1 səs tapançası, 2 tüfəng, 2152 müxtəlif ölçülü patron, 3 ədəd tir tapançası, 13 tir tüfəngi, 2 avtomat darağı, 1 xəncər, 78 min 378 ABŞ dolları, 11 zinət əşyası, 113 mobil telefon, 263 mobil telefon aksessuarı, 1 qayıq, 46 min 700 metr tor, 30 baş iribuynuzlu heyvan, müxtəlif adda dərman preparatları, siqaretlər, spirtli içkilər, digər sənaye və ərzaq malları saxlanılmışdır.
Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında