Səlim Müslümov: Görmə qabiliyyəti məhdud və əlil arabasında olan şəxslərin seçkilərdə iştirakına şərait yaradılıb

“Görmə qabiliyyəti məhdud və əlil arabasından istifadə edən vətəndaşların Azərbaycan Respublikası Prezidenti seçkilərində iştirakına şərait yaradılması üçün Mərkəzi Seçki Komissiyası ilə birgə geniş miqyasda müvafiq tədbirlərin görülməsi təmin edilib. Aprelin 11-də həmin insanların seçki məntəqələrinə gələrək səs vermələri üçün bütün lazımi şərait yaradılıb”.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov nazirlik yanında İctimai Şuranın yeni seçilmiş tərkibi ilə görüş zamanı jurnalistlərə müsahibəsində bildirib.

Nazir vurğulayıb ki, Mərkəzi Seçki Komissiyasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) müraciətinə uyğun olaraq, nazirlik tərəfindən ölkədəki bütün gözdən əlil vətəndaşların siyahısı komissiyaya təqdim edilib: “Beləliklə də, görmə qabiliyyətini tam və ya qismən itirmiş şəxslər üçün Brayl əlifbası ilə seçki bülletenləri çap olunub. Belə seçicilər olan məntəqələrə Brayl əlifbası ilə çap edilmiş bülletenlər çatdırılıb, onlar seçki zamanı bu bulletenlərdən istifadə edəcəklər”.

Nazir  qeyd edib ki, yataq xəstəsi olan, bu səbəbdən, ümumən seçki günü səhhətinə görə səs vermək üçün seçki məntəqəsinə gedə bilməyən seçicilərin də səs vermək hüquqlarının reallaşdırılması üçün müvafiq işlər görülüb. Həmin seçicilərin də  daşınan seçki qutuları vasitəsilə yaşadıqları evdə səs vermələri təmin olunacaq.

S.Müslümov ümumilikdə bu məsələlərlə bağlı daimi olaraq Mərkəzi Seçki Komissiyası ilə əlaqəli fəaliyyətin həyata keçirildiyini qeyd edib. Əlil arabasında olan seçicilərin yaşadığı ərazidəki seçki məntəqələri müəyyən edilib və həmin məntəqələrdə panduslar quraşdırılıb. Bildirilib ki, ümumilikdə 1500-dək seçki məntəqəsində, yəni əlil arabasında olan seçicilərin yaşadığı bütün məntəqələrdə onlar üçün pandusların quraşdırılması, digər imkanların yaradılması  təmin edilib. Hazırda elə bir seçki məntəqəsi yoxdur ki, orada əlil arabasından istifadə edən seçici olsa da, həmin məntəqədə onun səsverməsi üçün şərait olmasın.

Nazir bu günlərdə müxtəlif televiziya kanallarında bu sahədə aparılan işlərlə bağlı xüsusi hazırlanmış videoçarxın da nümayiş olunacağını qeyd edərək, həmin videooçarxda əlilliyi olan insanların səsvermə hüquqlarının reallaşdırılması üçün yaradılmış şəraitin əksini tapdığını bildirib.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında