Səlim Müslümov İctimai Şuranın üzvləri ilə görüşüb

Görüşdə S.Müslümov vurğulayıb ki, “İctimai iştirakçılıq haqqında” Qanuna uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSM) yanında İctimai Şuranın yaradılması aidiyyəti fəaliyyət sahələrində ictimai iştirakçılığın təmin olunması məqsədinə xidmət edir. Heç bir kənar müdaxilə olmadan, vətəndaş cəmiyyəti institutlarının öz seçimləri əsasında şuranın 15 nəfərdən ibarət yeni tərkibi formalaşıb.

 Nazir bildirib ki, dövlət qurumları ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası arasında ilk əməkdaşlıq sənədi kimi hələ 2014-cü ilin sentyabr ayında nazirliklə  həmin şura arasında  Birgə Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Həmçinin məişət zorakılığından zərər çəkmiş şəxslərə sosial xidmət göstərilməsi üçün 10 qeyri-dövlət qurumu nazirlikdəki müvafiq komissiya tərəfindən akkreditasiya olunub. Nazirlik yanında fəaliyyət göstərən İctimai Şurada 15 vətəndaş cəmiyyəti institutundan nümayəndələr təmsil olunur və nazirlik  müvafiq sahələr üzrə ixtisaslaşmış 60-a qədər vətəndaş cəmiyyəti institutu ilə əməkdaşlıq həyata keçirir.

S.Müslümov qeyd edib ki, Qarabağ müharibəsi, 20 Yanvar, Çernobıl əlilləri, gözdən əlillər, müharibə veteranları və digər əhali qrupları üzrə ictimai birliklərin rəhbərləri ilə də vaxtaşırı görüşlər keçirilir, onların rəy və təklifləri dinlənilir, bu və ya digər aidiyyəti məsələlərə dair ictimai müzakirə və məsləhətləşmələr aparılır.

Son illərdə əmək və sosial müdafiə sisteminin müasir dünya təcrübəsi, eyni zamanda milli təşəbbüslər əsasında təkmilləşdirilməsi yönündə mühüm islahat tədbirlərinin həyata keçirildiyini diqqətə çatdıran nazir qarşıdakı dövrdə də bu istiqamətdə işlərin davam etdiriləcəyini bildirib.

Şuranın üzvləri ƏƏSMN-nin fəaliyyətində ictimai iştirakçılığın bütün formalarda öz təsdiqini tapmasından, nazirliyin  vətəndaş cəmiyyətləri ilə sıx əməkdaşlığından, habelə nazirlik yanında İctimai Şuranın yeni tərkibinin seçilməsində bərabər yanaşma və şəffaflıq prinsiplərinin təmin olunmasından məmnunluqla bəhs ediblər. Onlar İctimai Şuranın öz vəzifələrini göstərilən etimada uyğun yerinə yetirəcəyini, ölkəmizdə əmək və sosial müdafiə sahəsində aparılan islahatlara töhfə vermək əzmi ilə fəaliyyət göstərəcəyini vurğulayıblar.

Görüşdə İctimai Şuranın yeni tərkibinə seçilmiş vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinə şuranın üzvlük vəsiqələri təqdim olunub. 

Z,BƏŞİRQIZI,
“Xalq qəzeti”

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında