Məhkəmə fəaliyyətində korrupsiyaya şərait yaradan hallarla bağlı qəti tədbirlər görülür

Məhkəmə-Hüquq Şurasının (MHŞ) növbəti iclası keçirilmişdir.
MHŞ-dən bildirmişlər ki, Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda Prezident İlham Əliyevin korrupsiyaya qarşı qəti mübarizənin aparılması ilə bağlı tələbləri vurğulanmış, korrupsiyaya şərait yaradan hüquqpozmalara yol verdiklərinə görə 17 hakim barədə intizam icraatlarının başlanılması, o cümlədən 8 nəfərin səlahiyyətlərinə xitam verilməsi və ya aşağı işə keçirilməsi qeyd edilmişdir.
İclasda, həmçinin Şuranın korrupsiyaya qarşı mübarizə sektoru tərəfindən aparılmış araşdırmalar nəticəsində 3 hakim barədə başlanılmış intizam icraatlarına baxılmış, insan haqlarının kobud pozulması, vətəndaşların hüquqlarının həyata keçirilməsinə süni maneələr yaradılması, süründürməçilik və digər nöqsanlara yol verilməsi ilə əlaqədar Gədəbəy Rayon Məhkəməsinin hakimi Hüseyn Hüseynovun hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Marif Kazımovun intizam qaydasında iş yerinin dəyişdirilməsi barədə qərar qəbul edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin sədri Fərhad Əfəndiyevə töhmət verilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında