Ucar rayonunun Təzə Şilyan kəndinə təbii qazın verilməsi kənd sakinlərinin böyük sevincinə səbəb olmuşdur

Bu günlərdə Ucar rayonunun Təzə Şilyan kəndinə  təbii qazın verilməsi kənd sakinlərinin böyük sevincinə səbəb olmuşdur. Tədbirdə  “Azəriqaz” İB-nin Baş direktoru Əkbər Hacıyev, Ucar rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov və ictimaiyyət nümayəndələri iştirak etmişlər. Bildirilmişdir ki, ümumilikdə 556 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 80 min 814 metr olan müxtəlif diametrli polad və polietilen borularla daşıyıcı və paylayıcı, həmçinin məhəllədaxili qaz xətləri çəkilmiş, hər bir mənzilə  sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.

 

Tədbirdə çıxış edən “Azəriqaz” İB-nin Baş direktoru Əkbər Hacıyev bu əlamətdar hadisə münasibəti ilə kənd sakinlərini təbrik etmiş, son illər ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlərdən danışmış, qeyd etmişdir ki, təbii qaz almayan yaşayış məntəqələrinin sürətli templərlə “mavi yanacaq”la təmin olunması xalqımızın rifah halının daha da yaxşılaşmasına xidmət edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının ölkənin qazlaşdırılması proqramının icrasını daim diqqət mərkəzində saxladığını bildirən Birliyin Baş direktoru bu sahədə həyata keçirilən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulamışdır.

Hazırda Ucar rayonunun Bərgüşad kəndində tikinti-quraşdırma işləri davam etdirilir. Yaxın vaxtda işlər yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək.  Cari il ərzində Ucar rayonunun Əlikənd və Ramal yaşayış məntəqələrinin də qazlaşdırılması işlərinə başlanılacaq. Tədbirdə çıxış edən ictimaiyyət nümayəndələri kəndə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə etmişlər.

Yaşayış məntəqəsinə təbii qazın verilməsini bildirən rəmzi məşəl alovlandırıldıqdan sonra, “Azəriqaz” İB-nin Baş direktoru Əkbər Hacıyev və rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov yaxınlıqdakı evlərdən birinin mətbəxində olmuş, ev sahiblərini təbrik etmiş, əhalinin qazla davranış və təhlükəsizlik qaydaları üzrə maarifləndirilməsi işləri ilə maraqlanmışdır.

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında