Quba-Xaçmaz iqtisadi rayonunda regional forum keçirilib

Ölkədə həyata keçirilən uğurlu iqtisadi islahatlar nəticəsində dövlət əmlakının özəlləşdirilməsinin sürətlənməsi, şəffaflığın və səmərəliliyin artırılması, innovativ yanaşmaların tətbiqi, yerli və xarici investorların cəlb olunması ilə bağlı ardıcıl işlər görülür. Belə tədbirlərin davamı olaraq, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən “Quba-Xaçmaz iqtisadi rayonunda özəlləşdirmə sahəsinə investisiyalar” mövzusunda regional forum keçirilmişdir. Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının iştirakı ilə keçirilən forumda Quba şəhəri ilə yanaşı, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarından olan 100-dək sahibkarlıq subyekti, iş adamı və daşınmaz əmlak mütəxəssisləri iştirak etmişlər.

 

Komitənin mətbuat xidmətinin məlumatında deyilir ki, forumun əsas məqsədi müvafiq bölgələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərini dövlət əmlakının özəlləşdirilməsi sahəsində tətbiq olunan yeni yanaşmalar, müasir üsullar haqqında məlumatlandırmaq və onları özəlləşmə prosesinə aktiv şəkildə cəlb etməkdir. Eləcə də regionlarda fəaliyyət göstərən iş adamlarını dövlət əmlakının özəlləşdirilməsi prosesinin gedişi, hazırda özəlləşdirməyə açıq olan sahələr, özəlləşdirmədəki yeni yanaşmalar barədə maarifləndirməkdir.

Tədbirdə Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov çıxış edərək bildirib ki, ölkə başçısı cənab İlham Əliyevin “Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanına əsasən müasir çağrışlara uyğun yeni yanaşmalar tətbiq etməklə özəlləşdirilmənin sürətləndirilməsi prioritet məsələ kimi müəyyən edilib.

Diqqətə çatdırılıb ki, dövlət əmlakının özəlləşdirilməsi nəticəsində ümumilikdə 300 mindən artıq iş yeri yaradılıb, 250 mindən çox səhmdar səhm sahibi olub, 1,2 milyondan artıq vətəndaşımız özəlləşdirmədən faydalanıb. Dövlət mülkiyyətində olan dövrlə müqayisədə özəlləşdirilmiş müəssisələrdə istehsalın həcmi 1,5 milyard manat artıb, rəqabət qabiliyyətli və ixrac yönümlü məhsulların istehsalı təşkil edilib.

Tədbirdə Quba Şəhər İcra Hakimiyyəti başçısının müavini Aydəmir Manafov və Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov çıxış ediblər. Sonda özəlləşdirmə prosesi ilə bağlı sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında