“Çay və sitrus bitkilərinin mütərəqqi becərmə texnologiyası”

Lerikdə AMEA-nın Lənkəran Regional Elmi Mərkəzi (LREM), Torpaqşünaslıq və Aqrokimya İnstitutu və Lerik rayon Kənd Təsərrüfatı İdarəsinin birgə təşkilatçılığı ilə "Çay və sitrus bitkilərinin mütərəqqi becərmə texnologiyası" mövzusunda elmi-praktiki seminar keçirilib.

 

Seminarda LREM-in direktoru, professor Fərman Quliyev çıxış edərək çay və sitrus plantasiyalarının salınmasından, əkin və becərmə zamanı düzgün aqrotexniki qulluğun göstərilməsindən danışıb. F.Quliyev qeyd edib ki, çayçılığın təşkilinin, çay istehsalının tənzimlənməsinin və çay məhsullarının keyfiyyətinin təmin edilməsinin hüquqi əsaslarını müəyyən edən “Çayçılıq haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi ölkədə bu sahənin inkişafı üçün əlverişli mühit yaratmışdır.

Tədbirdə Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev, Lerik rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Mahmud Zahidov, LREM -nin elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Mayis Cəfərov,  kimya üzrə fəlsəfə doktoru İsa Hüseynov, arxeologiya şöbəsinin böyük elmi işçisi Samir Kərimov və fermerlər mövzu ilə bağlı təkliflərini bildiriblər.

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 

 

 

 

                                    

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında