Ağstafada Avropa texnologiyası ilə işləyəcək daha bir müəssisənin tikintisi başa çatmaq üzrədir

Bu nəhəng müəssisənin inşasına üç il əvvəl, 2015-ci ilin martında başlanılıb. Söhbət Ağstafa “Aqroservis” MMC-nin ikinci layihəsi olan Ağstafa Taxıl və Un Məmulatları İstehsalı Kombinatından gedir.

Kombinatın istehsal gücü saatda 1 ton çörək istehsal edəcək zavoddan, 30 min ton taxıl, 2 min ton un rezervuarlardan ibarətdir. Burada mədəniyyət mərkəzi, 300 yerlik konfrans zalı, hazır məhsul anbarı, ikimərtəbəli “fast food” iaşə obyektləri də fəaliyyət göstərəcək. Hazırda bu binaların tikintisi sürətlə davam edir. Müasir standartlara uyğun 140 yerlik yeraltı avtomobil dayanacağı da inşa olunub.

Ümumi sahəsi 2 min kvadratmetr olacaq “fast food” iaşə obyektində kompleksin istehsal etdiyi çörək, un və qənnadı məhsulları təqdim ediləcək. Kompleksin yaradılmasında Avropa, əsasən də Almaniya və İsveçrə texnologiyalarından istifadə olunur. Layihənin tərkibinə 6 min hektar torpaq sahəsini əhatə edən taxılçılıq təsərrüfatı da daxildir. Burada inşa olunan taxıl dəyirmanının istehsal gücü saatda 5 tondur. Qabaqcıl texnologiyaların tətbiqi buğdadan maksimum un əldə etməyə şərait yaradacaq. Beləliklə, həm yüksək keyfiyyətli un məhsulları əldə ediləcək, həm də mövcud tullantılardan səmərəli istifadə olunacaq.

Bu dəyirmanın ən böyük əhəmiyyəti ondan ibarətdir ki, emala təqdim edilmiş taxıl yuyulmayacaq. Onun nəmləndirilməsi xüsusi texnologiya ilə həyata keçiriləcək ki, bu da həm unun keyfiyyətli olmasına şərait yaradacaq, həm də vaxt və məhsul itkisinin qarşısını alacaq. Emal zamanı yaranan kəpək və digər qırıntılardan yem istehsal ediləcəkdir.

Rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev bu günlərdə kombinatın inşa olunduğu əraziyə gəlmiş, tikintinin gedişi ilə yaxından tanış olmuş, problemlərlə maraqlanmış, öz tövsiyələrini vermişdir. Tezliklə günü- gündən inkişaf edən Ağstafanın xəritəsinə daha bir nəhəng müəssisənin adı düşəcək.

Hamlet Qasımov,
"
Xalq qəzeti"nin bölgə müxbiri

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında