Son dörd ayda Abşeronda 10 mindən çox ağac əkilib

Abşeron RİH başçısı İradə Gülməmmədovanın təşəbbüsü ilə rayonun avtomobil yollarının mühafizə zolağında keçirilən ağacəkmə aksiyası davam etdirilir.


Belə ki, Abşeron rayonunun Qobu qəsəbəsində zeytun ağaclarından ibarət yeni yaşıllıq sahəsi salınıb. Rayonun digər qəsəbə və kəndlərində də yaşıllaşdırma işləri aparılır.

Ağacların əkilməsi zamanı ərazidəki yaşıllıq sahələrində təmizlik işləri aparılıb, yeni əkilən ağaclar suvarılıb, əvvəllər əkilən ağaclar budanıb və onlara aqrotexniki qaydada qulluq göstərilib. Əkilən ağacların küləkdən qorunması və mühafizəsi məqsədilə zəruri tədbirlər görülüb.

Ümumilikdə isə son dörd ayda Abşeron rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına Bakı-Sumqayıt, Bakı-Şamaxı magistral yollarının Abşeron rayonu ərazisindən keçən hissəsinə, yol kənarlarına, rayonun müxtəlif yaşayış massivlərinə 10 mindən çox kənd təsərrüfatı əhəmiyyətli zeytun ağacları, Eldar şamı və küknar ağacları əkilib.

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında