Sabirabad rayonunda Aprel döyüşlərinin ildönümü qeyd edilib

2016-cı ilin aprel döyüşlərinin növbəti ildönümü münasibəti ilə Sabirabad Rayon Mədəniyyət Mərkəzində “Qələbəyə gedən yol” adlı hərbi vətənpərvərlik tədbiri keçirilib.

 

Tədbirdə Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri İctimai Birliyinin Sabirabad rayon şöbəsinin üzvləri, rayon veteranlar cəmiyyətinin üzvləri və gənclər iştirak ediblər.

Sabirabad rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev çıxış edərək bildirib ki, 2016-cı ilin aprel döyüşlərinin baş verdiyi hər bir gün hamımız üçün böyük bir sınaq günləri olub.

Həmin günlər Milli Ordumuzun əsgərləri  doğma Vətən torpaqlarının hər bir qarışının bizlər üçün nə qədər əziz olduğunu öz canları və qanları hesabına bir daha sübut etdilər. Aprel döyüşlərində əldə etdiyimiz qələbəmizdə vətənpərvərlik tərbiyəsinin əvəzsiz rolu danılmazdır. 2016-cı ilin Aprel döyüşləri zamanı Milli Ordumuzun hərbiçiləri şəhidlik zirvəsinə yüksələrək öz canları və qanları hesabına hər birimizə çoxdan gözlədiyimiz qələbənin yollarını göstərdilər”. Natiq həmin döyüşdə şəhid olmuş Sabirabad rayonunun Muğan Gəncəli kəndindən olan Murad Mirzəyevin qəhrəmanlığından da söhbət açmışdır. Şəhid, polkovnik-leytnanat  Murad Mirzəyev Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

Rayon Ziyalılar Cəmiyyətinin sədri Böyükağa Həmidov, ziyalılardan Telman Qurbanov,  Rüfət Utarov və başqaları çıxış edərək 2016-cı ilin aprel ayının 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş dörd günlük müharibə zamanı Azərbaycan Milli Ordusu Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini Füzuli rayonu istiqamətində yerləşən “Lələ təpə” adlandırılan yüksəkliyi, Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin etdi, qısa müddətdə strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələrini Ermənistan Silahlı Qüvvələrindən tam azad etdi.

“Şəhidlər ölməz-Vətən bölünməz” şüarları ilə tədbirə yekun vurulub.

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında