Gəncədə əhalinin tibbi müayinəsi mütəşəkkil keçir

Ölkə Prezidentinin tapşırığına əsasən 2014-cü ildən etibarən keçirilən əhalinin profilaktik tibbi müayinələri Gəncə şəhərində uğurla davam etdirilir. Fevralın 12-dən başlayan tibbi müayinələr ərazi poliklinikaları tərəfindən əvvəlcədən tərtib olunmuş cədvəl üzrə keçirilir. Şəhərdəki 6 saylı poliklinika tərəfindən Azərbaycan Texnologiya Universitetinin tələbə və müəllim heyətinin yerində tibbi müayinəsi də məhz həmin qrafikə uyğun təşkil olunub. Tibbi müayinələrdə terapevt, cərrah, nevropatoloq, göz həkimi və başqa  ixtisas həkimləri iştirak edib. Xəstəlik aşkar olunanlar aidiyyatı üzrə  ambulator müalicə üçün tibb müəssisələrinə göndərilir.

Tibbi müayinələrlə yanaşı Azərbaycan Texnologiya Universitetində müəllim və tələbələr üçün sağlam həyat tərzinin təbliği məqsədilə təhsil müəssisəsinin konfrans zalında Gəncə Səhiyyə İdarəsinin rəisi, Əməkdar həkim, professor Əlikram Məmmədov “Onkoloji xəstəliklərin profilaktikası” mövzusunda  məruzə söyləmiş,  tələbələrin coxsaylı suallarini cavablandırılmışdır.

Şəhər səhiyyə idarəsi rəisi qeyd etmişdir ki, ötən müddət ərzində iki dəfə - fevralın 23-də və 24-də, martın 31-də Səhiyyə Nazirliyinin aparıcı mütəxəsislərindən ibarət qrup Gəncə şəhərinə ezam olunmuş və həmin mütəxəssislər tərəfindən həm Gəncə əhalisi, həm də qonşu rayonlarda qeydiyyatda olan xəstələr üçün baxış, məsləhət və konsiliumlar kecirilmişdir.

Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri

 

 

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında