Kimyaçı alimlərimizin tədqiqatlarından böyük iqtisadi səmərə gözlənilir

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda mikroskopik ölçüdə karbon boruların istehsalı texnologiyası işlənib hazırlanmışdır.
İnstitutun direktoru, akademik Musa Rüstəmovun, akademik Nadir Seyidovun və texnika elmləri doktoru Hikmət İbrahimovun bilavasitə rəhbərliyi ilə aparılmış elmi tədqiqatların nəticəsi olan yeni texnologiya yüksək dəqiqliyi ilə seçilən cihazların istehsalını intensivləşdirmək sahəsində yeni perspektivlər açır.
Akademik Musa Rüstəmov demişdir ki, yeni katalizatorun tətbiqi sahəsində respublikamızda ilk dəfədir ki, piroliz prosesinin maye məhsullarından kiçik ölçülü karbon boruların alınması mümkün olmuşdur. Nanotexnologiya sahəsində bu yeniliyin respublikamızda elektronika, informatika, habelə, kompyuter və kosmik cihazların, müasir rabitə vasitələrinin istehsalında geniş tətbiqi bu növ məhsullara istər daxili bazarda, istərsə də respublikamızdan kənarda tələbatı xeyli artıracaq, onların rəqabətə davamlılığını yüksəldəcək və böyük iqtisadi səmərə verəcəkdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında