Britaniya Parlamentinin Lordlar Palatasında "Azərbaycanın post-konflikt ərazilərinin bərpası - konseptual əsaslar" kitabının təqdimatı olmuşdur

Martın 3-də Böyük Britaniya Parlamentinin Lordlar Palatasında "Azərbaycanın post-konflikt ərazilərinin bərpası - konseptual əsaslar" kitabının təqdimatı olmuşdur. Mərasimdə Parlamentin üzvləri, diplomatik korpusun nümayəndələri, aparıcı tədqiqat mərkəzlərinin ekspertləri, universitet tələbələri iştirak etmişlər.
Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən bildirmişlər ki, azərbaycanlı alimlər Eldar İsmayılov və Nazim Müzəffərlinin müəllifi olduğu kitab üç dildə, Azərbaycan, ingilis və rus dillərində çap olunmuşdur. Kitab Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yeni aspekti - münaqişə başa çatdıqdan sonra fiziki infrastruktur və institusional yenidənqurma məsələlərinin təhlilinə həsr edilmişdir.
Tədqiqat əsəri Dünya Bankı tərəfindən dünyanın müxtəlif regionlarında münaqişə sonrası yenidənqurma təcrübələri ilə bağlı araşdırmalar əsasında hazırlanmışdır.
Kitabda münaqişənin başa çatmasından sonra azad olunacaq Azərbaycan ərazilərində infrastrukturun bərpası, əhalinin köçürülməsi, normal yaşayışın təmin edilməsi və iş yerlərinin yaradılması ilə bağlı konseptual məsələlər öz əksini tapmışdır.
Tədbiri giriş sözü ilə açan Britaniya Parlamentinin üzvü Lord Veverli kitabda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllindən sonrakı mərhələ ilə bağlı bir sıra nəzəri məsələlərin əks olunduğunu bildirmiş, Britaniya-Azərbaycan Biznes Şurası və Azərbaycan Beynəlxalq Bankı tədbirin keçirilməsində dəstəyə görə təşəkkürünü bildirmişdir.
Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov, Azərbaycan Beynəlxalq Bankının idarə heyətinin sədri Cahangir Hacıyev mərasimdə çıxış edərək mövzuya dair mülahizələrini bildirmişlər.
Daha sonra kitabın müəllifləri E.İsmayılov və N.Müzəffərli, eləcə də kitabın ingilis dilində variantının redaktoru amerikalı tanınmış tədqiqatçı, Con Hopkins Universitetinin Mərkəzi Asiya və Cənubi Qafqaz İnstitutunun direktoru Frederik Starrın iştirakı ilə mövzu ətrafında müzakirələr aparılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında