Mərkəzi Bankın Mərkəzləşdirilmiş Kredit Reyestrinə bank olmayan kredit təşkilatları qoşulacaqlar

Bank olmayan kredit təşkilatları (BOKT) da Mərkəzi Kredit Reyestrinə (MKR) qoşulacaqlar.
"Mərkəzləşdirilmiş Kredit Reyestri haqqında Qaydalar"a edilmiş yeni əlavə və dəyişikliklərə əsasən, BOKT-lar hər ayın ilk dörd iş günü ərzində bütün kredit portfelini, kreditin verildiyi tarixdən iki iş günündə isə yeni verilmiş kreditlər haqqında məlumatlarını MKR-ə təqdim etməlidirlər. Bu məqsədlə BOKT nümayəndələri üçün Mərkəzi Bankda müvafiq seminar keçirilmiş, qoşulma ilə bağlı prosedurlar nümayiş etdirilmişdir. Artıq məlumatların real vaxt rejimində test olunması üçün müvafiq texniki platforma qurulmuşdur. Hər bir BOKT məlumatlarını həmin platformada sınaqdan keçirdikdən sonra əsas bazaya qoşula biləcəkdir.
Qeyd edək ki, 2005-ci ildə Mərkəzi Bankda yaradılan MKR-də hazırda bankların məbləğindən asılı olmayaraq bütün kreditləri haqqında məlumatlar toplanılır. Qanunvericiliyə uyğun olaraq müvafiq məlumatlardan yalnız banklar və BOKT-lar, habelə borcalanların özləri yararlana bilərlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında