Moskvada "Gənclər və sosial dəyişikliklər: təşəbbüslər, iştirak, qarşılıqlı anlaşma və tərəfdaşlıq" mövzusunda beynəlxalq konfrans açılmışdır

Sülh və Həmrəylik Federasiyası YUNESKO-nun Moskvadakı bürosunun dəstəyi ilə BMT tərəfindən elan edilmiş Beynəlxalq Gənclər ili (avqust 2010-avqust 2011) çərçivəsində "Gənclər və sosial dəyişikliklər: təşəbbüslər, iştirak, qarşılıqlı anlaşma və tərəfdaşlıq" mövzusunda beynəlxalq konfrans keçirir.Martın 3-də başlanmış konfrans martın 4-də başa çatacaqdır.
Konfransda Rusiya Federasiyasından və MDB üzvü olan digər ölkələrdən dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının, gənclər birliklərinin nümayəndələri, habelə gənclər siyasəti, dövlətin və cəmiyyətin sosial inkişafında gənclərin iştirakı məsələləri ilə məşğul olan tədqiqatçılar və ekspertlər iştirak edirlər.
Tədbirdə ölkəmizi Azərbaycan Respublikasının YUNESKO üzrə Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva və Milli Məclisin deputatı Bəxtiyar Əliyev təmsil edir. Konfransda həmvətənimiz, YUNESKO-nun Moskva bürosunun proqram mütəxəssisi Samir Əfəndiyev də iştirak edir.
Konfransın proqramında gənclərin sosial dəyişikliklərdə, layihə və proqramlarda iştirakının fəallaşdırılması problemləri, bu sahədə uğurlar və təcrübə mövzusunda geniş diskussiya aparılması nəzərdə tutulur. Diskussiyalar (dəyirmi masalar) aşağıdakı mövzular üzrə keçiriləcəkdir: milli gənclər siyasəti və beynəlxalq yanaşmalar, dövlətin və cəmiyyətin inkişafında gənc vətəndaşların iştirak etməsi imkanları, sosial problemlərin həlli, gənclər arasında könüllülük və gənclərin təşəbbüslərə cəlb edilməsi yolları, tərəfdaşlıq mexanizmləri, gənclər mühitində humanist dəyərlər və mədəniyyətlərarası dialoq.
Konfransın yekunlarına əsasən konseptual sənəd qəbul ediləcəkdir. Tədbir iştirakçılarının müzakirə edilən məsələlərə dair mövqelərini ümumiləşdirən bu sənəd YUNESKO-nun katibliyinə, konfransda iştirak edən ölkələrin dövlət və icra hakimiyyəti orqanlarına, gənclərin qeyri-hökumət təşkilatlarına göndəriləcəkdir.

{nl}

Asya HACIZADƏ AzərTAc-ın xüsusi müxbiri
Moskva


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında