"Cümhuriyyət" qəzeti: "Azərbaycan Prezidenti İlham Əliyev ölkəsinin torpaqlarının işğalına seyrçi qalmayacağını dəfələrlə vurğulamışdır"

Türkiyənin nüfuzlu "Cümhuriyyət" qəzetində dərc olunmuş "Qafqazlarda sülh arayışı" başlıqlı məqalədə deyilir ki, Azərbaycan Prezidenti İlham Əliyev ölkəsinin torpaqlarının işğalına seyrçi qalmayacağını dəfələrlə və qətiyyətlə vurğulamışdır. Heç bir ölkə öz ərazisinin 20 faizinin başqaları tərəfindən işğal olunması ilə barışa bilməz.
Məqalədə bildirilir ki, erməni lobbisi Azərbaycan torpaqlarının işğalını və Xocalı qətliamını unutdurmaq üçün davamlı olaraq 1915-ci il hadisələrini gündəliyə gətirir. Onlar bununla on doqquz il əvvəl işğal edilən torpaqları, evlərindən didərgin saldıqları bir milyondan çox Azərbaycan türkünün dramını arxa plana keçirmək istəyirlər.
BMT, Avropa Şurası və Avropa Parlamentinin Dağlıq Qarabağ və ətraf rayonların işğaldan azad olunmasını tələb edən qərarlar qəbul etdikləri xatırladılan məqalədə vurğulanır ki, 1994-cü ildən fəaliyyət göstərən ATƏT-in Minsk qrupunun missiyası bu quruma üzv ölkələrin mənafelərinin toqquşması səbəbindən uğursuz olmuşdur. Digər tərəfdən, Ermənistan bu qərarlara etinasızlıq göstərməkdə davam edir. Lakin bir şey həqiqətdir ki, Dağlıq Qarabağ problemi həllini tapmayana qədər Cənubi Qafqazda sülhün bərqərar olması mümkün olmayacaqdır.

{nl}

Oqtay BAYRAMOV AzərTAc-ın xüsusi müxbiri

{nl}

Ankara


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında