Azərbaycanın Fransadakı səfirliyi "Azərbaycanın xarici siyasəti: imkanlar və təhdidlər" mövzusunda konfrans keçirmişdir

Martın 2-də Azərbaycanın Fransadakı səfirliyi Azərbaycanın müstəqilliyinin 20-ci ildönümü ilə bağlı Fransa Senatının binasında "Azərbaycanın xarici siyasəti: imkanlar və təhdidlər" mövzusunda konfrans keçirmişdir.
Səfirlikdən bildirmişlər ki, "Fransa-Avropa-Asiya İnstitutu" ilə birgə təşkil edilmiş konfransda senatorlar, Parisdəki diplomatik korpusun, dövlət və özəl qurumlarının, elmi araşdırma mərkəzlərinin nümayəndələri iştirak etmişlər.
Fransa-Avropa-Asiya İnstitutunun rəhbəri A. de Şatiyon və Senatda Fransa-Qafqaz dostluq qrupunun sədri A.Düponun çıxışlarından sonra ölkəmizin Fransadakı səfiri Elçin Əmirbəyov Azərbaycanın xarici siyasəti mövzusunda geniş məruzə etmişdir.
Azərbaycan tarixinə qısa baxış, ölkədə hökm sürən sabitlik mühiti və beynəlxalq aləmdə mədəniyyət və dinlərarası dialoqun təşviqinə verilən töhfə, müstəqilliyin bərpasından ötən 20 ildə demokratik dövlət quruculuğu sahəsində əldə edilmiş nailiyyətlər, ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki rolu, beynəlxalq enerji layihələri, eləcə də üzləşdiyimiz təhdidlər, xüsusilə də Dağlıq Qarabağ münaqişəsi və rəsmi Bakının münaqişənin həlli prosesinə baxışı haqqında ətraflı məlumat verilmişdir.
Sonra səfir konfrans iştirakçılarının Dağlıq Qarabağ münaqişəsinin müxtəlif aspektləri, Azərbaycanın qonşu ölkələr, xüsusilə Rusiya və İranla əlaqələri, ölkəmizin iqtisadi göstəriciləri, neft və qaz sənayesinin perspektivləri, qeyri-enerji sektorunun inkişafı, fransız şirkətlərinin respublikamızdakı iqtisadi layihələrə daha geniş cəlb edilməsi imkanları və s. barədə suallarını cavablandırmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında