Azərbaycanın və Mərakeşin Gənclər və İdman nazirlikləri arasında gənclər və idman sahələrində Əməkdaşlıq Protokolu imzalanmışdır

Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov fevralın 28-dən martın 3-dək Mərakeş Krallığında səfərdə olmuşdur.
Nazirlikdən bildirmişlər ki, martın 1-də A.Rəhimov Mərakeş Krallığı gənclər və idman naziri M.Bejkhayat ilə görüşmüşdür.
Görüşdə M.Bejkhayat ötən il Azərbaycana səfərini məmnunluqla xatırlamış, Mərakeş Krallığında idmanın növləri, bu sahənin inkişafı istiqamətində görülən işlər barədə məlumat vermiş, idman və gənclər sahələrində Azərbaycan Respublikası ilə əməkdaşlığın inkişafında maraqlı olduqlarını ifadə etmişdir.
A.Rəhimov ölkəmizdə gənclər və idman sahələrinin inkişafına dövlət qayğısı, həyata keçirilən layihələr, beynəlxalq yarışlarda Azərbaycan idmançılarının əldə etdikləri uğurlar barədə məlumat vermişdir. O, gələcəkdə birgə müsabiqələrin, təlim və kursların, idmançı və məşqçilərin mübadiləsinin, habelə ölkələrimiz arasında gənclərin qarşılıqlı səfərlərinin təşkilinin əhəmiyyətini qeyd etmişdir.
M.Bejkhayat gənclər və idman sahələrində təcrübə mübadiləsinə böyük əhəmiyyət verdiklərini bildirmişdir. A.Rəhimov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunmuş, beynəlxalq təşkilatlar çərçivəsində keçirilən səsvermələrdə iki ölkə arasında mövcud olan qarşılıqlı dəstəyi xalqlarımız və hökumətlərimiz arasındakı tarixi dostluq əlaqələrinin nümunəsi kimi qiymətləndirmişdir.
Sonda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə Mərakeş Krallığı Gənclər və İdman Nazirliyi arasında gənclər və idman sahələrində Əməkdaşlıq Protokolu imzalanmışdır.
Nazir A.Rəhimov Mərakeşin Mərkəzi Televiziyasına müsahibə vermişdir.
A.Rəhimov İSESKO-nun Rabatdakı iqamətgahında baş katib Ə.Tüveycri ilə görüşmüş, Rabatdakı Futbol Akademiyası, Qolf idman kompleksi və Tanjer şəhərindəki idman obyektləri ilə tanış olmuşdur.
Martın 2-də A.Rəhimov Mərakeş Krallığı Gənclər və İdman Nazirliyinin YUNİSEF ilə birgə təşkil etdiyi uşaq məsələlərinə həsr edilmiş tədbirdə iştirak etmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında