Ukraynanın Kiyev vilayətinin İrpen şəhərində Azərbaycan xalqının böyük qızı, dünya şöhrətli oftalmoloq alim, akademik Zərifə Əliyevanın nurlu xatirəsi yad edilmişdir

Bu gün Kiyev vilayətinin İrpen kurort şəhərinin mərkəzində yerləşən Zərifə parkında Azərbaycan xalqının şanlı qızı, dünya şöhrətli oftalmoloq alim, akademik Zərifə Əliyevanın ad gününə həsr edilmiş tədbir keçirilmişdir.
Tədbir Azərbaycanın Ukraynadakı səfirliyi tərəfindən təşkil edilmişdir.
Əvvəlcə Zərifə Əliyevanın adını daşıyan parkın mərkəzində onun şərəfinə ucaldılmış abidənin önünə tər çiçəklər qoyulmuşdur. Sonra Azərbaycanın Ukraynadakı diplomatik nümayəndəliyinin müşaviri Yeganə Qafqazlı tədbir iştirakçılarına müraciətlə akademik Zərifə Əliyevanın nurlu xatirəsini bir dəqiqəlik sükutla yad etməyi xahiş etmişdir.
Tədbirdə çıxış edən - Y.Qafqazlı, İrpen şəhərindəki 12 nömrəli xüsusi məktəbin direktoru Valentina Antonenko, şəhər meriyasının nümayəndəsi Svetlana Demyanenko və digər natiqlər Zərifə Əziz qızı Əliyevanın ləyaqətli və parlaq həyatı barədə söhbət açmış, Azərbaycan qadınına xas olan ən yaxşı cəhətləri özündə təcəssüm etdirən bu görkəmli oftalmoloq alimin keçmiş Sovet İttifaqının və dünyanın elmi dairələrində yüksək nüfuz qazanmasını vurğulamışlar.
Ukrayna təmsilçiləri Zərifə Əliyevanın şanlı adını daşıyan küçə, park və məktəbin məhz onların doğma şəhərində olmasından qürur duyduqlarını vurğulamışlar. Qeyd edilmişdir ki, bu gün Zərifə parkı İrpen sakinlərinin ən sevimli istirahət yeridir.
Tədbirdə Azərbaycan diplomatları, ARDNŞ-in Ukraynadakı nümayəndəliyinin rəhbərliyi, "İrəli" ictimai birliyinin nümayəndələri, bizim diasporun üzvləri, Kiyev ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr və başqaları iştirak etmişdir.

{nl}

Zeynal AĞAZADƏ, AzərTAc-ın xüsusi müxbiri
Kiyev-İrpen

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında