Azərbaycanın qərb bölgəsində anım tədbirləri

Ölkəmizin qərb bölgəsində də 1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümünə həsr edilmiş tədbirlər keçirilib.

 

Gəncə

 

Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Gəncə şəhər şöbəsinin təşkilatçılığı ilə Gəncə Dövlət Filarmoniyasında 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım mərasimi keçirilib. Tədbir 1918-ci ilin mart soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

YAP Mərkəzi Seçki Qərargahı Gəncə şəhər şöbəsinin və partiyanın şəhər təşkilatının sədri, Milli Məclisin deputatı Naqif Həmzəyev 100 il əvvəl baş vermiş soyqırımının xalqımızın yaddaşından heç vaxt silinməyəcəyini bildirərək qeyd edib ki, Bakıda, Gəncədə, Qubada, Şamaxıda və Azərbaycanın digər ərazilərində minlərlə insanın soyqırımı Sovetlər İttifaqı dövründə təhrif edilərək vətəndaş müharibəsi kimi qələmə verilib.Tarixi həqiqətlər yalnız Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra üzə çıxarılıb.

1998-ci il martın 26-da ulu öndər Heydər Əliyev martın 31-nin Azərbaycanlıların Soyqırımı Günü kimi elan olunması haqqında fərman imzalayıb. Fərmanda qeyd olunub ki, Azərbaycanın müstəqillik əldə etməsi xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yenidən yaratmağa imkan verir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın “Xocalıya ədalət!” beynəlxalq kampaniyası ölkəmizdə və dünyanın bir çox yerində razılıqla qarşılanır.

 

Samux

 

Samux rayonunda 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş yürüş keçirilmişdir. Rayon icra hakimiyyətinin başçısı Alı Qocayev başda olmaqla ictimaiyyətin nümayəndələri, müharibə veteranları və iştirakçıları, ağsaqqallar, gənclər Mədəniyyət Mərkəzinin qarşısından başlayaraq Heydər Əliyev prospekti boyunca yürüş etmişlər. Yürüş Şəhidlər kompleksi önündə başa çatmışdır.

Həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra ermənilərin 100 il əvvəl və ondan sonrakı dövrlərdə törətdikləri soyqırımlarından söhbət açılmış, dünya ictimaiyyətinin bu vəhşiliklərdən xəbərdar olmasının vacibliyi bildirilmişdir.

Tədbirdə belə bir fikir vurğulanmışdır ki, bizim yolumuz haqq yoludur və bizi heç kəs bu yoldan geri çəkindirə bilməz.

 

Şəmkir

 

Şəhidlər xiyabanında təşkil olunan anım tədbirində rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, icra hakimiyyəti aparatının əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, təhsil və səhiyyə işçiləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Onlar xiyabanda ucaldılmış soyqırımı abidəsinin önünə tər çiçək dəstələri düzmüş, faciə qurbanlarının xatirəsini ehtiramla yad etmişlər.

31 mart soyqrımı faciəsinin ildönümünə həsr olunmuş əbədi-bədii kompazisya dinlənilmişdir.

 

Qazax

 

Qazaxda  1918-ci il azərbaycanlıların soyqırımı qurbanlarının anım mərasimi keçirilmişdir.

Rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov və tədbir iştirakçıları şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksi önünə gələrək soyqırımı qurbanlarının xatirəsini boyük ehtiramla yad etmiş, abidə önünə qərənfil dəstələri düzmüşlər.

Sonra Gənclər Mərkəzində “31 Mart” adlı kompozisiya göstərilmiş, məktəblilərin soyqırıma həsr edilmiş rəsmləri nümayiş olunmuş, “Mart soyqırımı” adlı sənədli film nümayiş etdirilmişdir.

Rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirdə çıxış edərək xalqımızın tarixinə qanlı faciə kimi yazılmış soyqırımından, ermənilərin xalqımıza qarşı törətdikləri dəhşətli qətliamlardan danışmışdır.        .

Rəcəb Babaşov itirilmiş torpaqlarımızın geri qaytarılacağına, tarixi həqiqətlərin, ədalətin bərpa ediləcəyinə əmin olduğunu bildirmişdir.        

 

Gədəbəy

 

“Bu soyqırımı Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir…”

Bu sözləri Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov 31 Mart Azərbaycanlıların Soyqırımı Günü rayonda keçirilən tədbir zamanı söyləmişdir. İctimaiyyət nümayəndələrinin, müharibə veteranlarının və iştirakçılarının, ağsaqqalların, gənclərin iştirak etdiyi tədbirdə ermənilərin 100 il qabaq və ondan sonrakı illərdə törətdiyi vəhşiliklər qətiyyətlə pislənilmişdir.

Hüquq-mühafizə orqanlarının nümayəndələri, idarə, müəssisə və təşkilatların kollektivləri, şəhər sakinləri şəhidlərin hər birinin məzarı üzərinə qərənfil dəstələri düzmüş, onların əziz xatirəsini yad etmişlər.

Hamlet QASIMOV,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında