Sabirabadda pambıqçılığın inkişafı məsələlərinə dair ümumrayon yığıncağı keçirilmişdir

Tədbiri giriş sözü ilə Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov açaraq bildirmişdir ki, martın 26-da Bərdədə keçirilən pambıqçılığın inkişafına dair Respublika müşavirəsində dövlətimizin başçısı qarşıya mühüm vəzifələr qoymuşdur. Qeyd etmişdir ki, pambıqçılığın ölkə iqtisadiyyatı üçün böyük faydası vardır. Bu, ölkəmizin iqtisadi inkişafının, həmçinin əhalinin məşğulluğunun təmin edilməsinə böyük təkan verir. Pambıqçılığın inkişafı ilə bağlı mərkəzləşdirilmiş idarəetmə sistemi yaradılmışdır. Prezident Administrasiyası, yerli icra orqanları, şirkətlər, fermerlər, zəhmətkeşlər artıq bir nöqtəyə vuraraq yaxşı nəticələr əldə etmişlər. İki il ərzində əldə edilmiş rəqəmlər bunun ən yaxşı göstəricisidir.

 

Müşavirədə bizim rayondan da 22 nəfər nümayəndə iştirak etmişdir. Müşavirədə qarşıya qoyulmuş vəzifələr bizim hər birimizdən daha məsuliyyətlə çalışmağı tələb edir. Vaxtilə pambıqçılıq Sabirabadda yüksək inkişaf yolu keçmişdir. 112 min tonadək pambıq istehsal olunmuşdur. Sonralar pambıqçılıq unudulmuş, bu sahə tənəzzülə uğramışdır.

Ötən il rayon üzrə 15 min 55 hektar sahədə pambıq əkilmiş, 18,2 min ton kondisiya çəkidə xam pambıq tədarük edilmişdir. 2017-ci ildə pambıq əkini sahələri 2016-cı illə müqayisədə 2,5 dəfə və məhsul istehsalı 2,2 dəfə artmışdır. Rayonda pambıqçılığın genişləndirilməsi minlərlə insanın məşğulluğunu təmin edərək onlara xeyli qazanc gətirmişdir.

Tədbirdə rayon Kənd təsərrüfatı idarəsinin rəisi Heydər Yaqubov pambıqçılıq sahəsində görülmüş və görüləcək işlərdən danışmış, pambıqçılığın inkişafı ilə bağlı məsələlərdən bəhs etmişdir.

Tədbirdə aidiyyatı təşkilat rəhbərlərinin, şirkət təmsilçilərinin, ərazi icra nümayəndələrinin, bələdiyyə sədrlərinin, fermerlərin məlumatları dinlənilmişdir.

Müşavirədə problemlər, buraxılmış nöqsanlar təhlil edilmişdir. Gələcəkdə nöqsanlara yol verilməməsi üçün aidiyyatı qurumlarla birlikdə bütün zəruri tədbirlərin həyata keçirilməsini təmin etməyin vacibliyi xüsusi olaraq vurğulanmışdır.

Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının məsul nümayəndəsi İbrahim Mustafayev müşavirədə çıxış edərək qarşıya qoyulmuş vəzifələrdən ətraflı danışmışdır.

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında