Mart ayında e-xidmətlərə 649,5 min dəfə müraciət edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Elektron Hökumət” portalı üzərindən təqdim etdiyi elektron xidmətlər 2018-ci ilin mart ayında da geniş istifadəçi kontingenti ilə seçiliblər. Belə ki, son bir ayda həmin e-xidmətlərə  649,5 min dəfə  müraciət qeydə alınıb.

Ümumilikdə isə indiyədək  nazirliyin e-xidmətlərinə müraciətlərin sayı 25 milyon 250 minə çatıb ki, bu da ötən dövrdə “Elektron Hökumət” portalından ümumi istifadənin 38,5 faizini təşkil edir.

Dövlət idarəçiliyinin müasir iş prinsipləri üzərində təşkili, bu əsasda əhaliyə xidmətlərin şəffaflığı və son illərdə aparılan islahatlar əmək və sosial müdafiə, sosial sığorta, tibbi-sosial ekspertiza və reabilitasiya sahələrinin də qısa müddətdə avtomatlaşdırılmış infratsrukturunun qurulmasına imkan verib. Qeyd olunan sahələrin fəaliyyətinin elektron sistemlər üzərində formalaşdırılması müvafiq dövlət xidmətlərinin əhaliyə elektron müstəvidə və vahid pəncərə əsaslı təşkilini, nəticədə məmur-vətəndaş kontaktlarının minimallaşdırılması ilə həmin xidmət sektorlarında şəffaflığı reallaşdırıb.

 Hazırda ƏƏSMN-nin 30-a qədər e-xidməti fəaliyyət göstərir. Cari ilin mart ayında  “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” (225 931 müraciət), “Tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi” (61 811 müraciət), “İş yerinə dair arayış” (49 596 müraciət), ən çox müraciət edilən e-xidmətlər olub. “Sığortaolunanın onlayn uçota alınması”, “Pensiya kalkulyatoru” və s. kimi digər e-xidmətlərə müraciətlərin sayı artmaqdadır.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında