Lerikdə yüksək hazırlıq seçkilərin mütəşəkkil keçəcəyinə təminat verir

78 saylı Lerik  Dairə Seçki Komissiyasını əhatə edən məntəqələrdə aprelin 11-də keçiriləcək prezident seçkilərinə hazırlıq sona yetmək üzrədir. Burada hazırlıq işləri ilə tanış olmaq üçün seçki dairəsinə getdik.  

Dairə seçki komissiyasının sədri İdris Şıxəliyev bildirdi ki, seçkilərə tam hazırıq. Dairəni əhatə edən 108 məntəqənin hamısında təlimata uyğun hazırlıq işləri aparılıb. Seçkilərin mütəşəkkil keçirilməsi üçün məntəqələr lazım olan bütün zəruri avadanlıqlarla, o cümlədən səsvermə qutuları, seyf, ultrabənövşəyi lampalar, dövlət rəmzləri və digər əşyalarla təmin edilib.

Dairədə söhbət zamanı öyrəndik ki, son dəqiqləşdirməyə əsasən Lerikin seçki məntəqələrində 32 min 500 nəfər seçici qeydiyyata alınıb. Onların ölkəmizin daha xoşbəxt gələcəyi naminə keçiriləcək bu siyasi kampaniyada fəal olmaları ilə bağlı yerlərdə maarifləndirici söhbətlər aparılıb.

Seçkilərin yüksək səviyyədə keçirilməsi üçün məntəqə seçki komissiyalarının sədrləri seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslarda, seminarlarda iştirak ediblər. Onlar bu kurslarda seçki siyahıları ilə işin təşkili, seçkiqabağı təşviqatın aparılmasına şəraitin yaradılması, bildirişlərin seçicilərə çatdırılması və sair məsələlərlə bağlı təlimlərə qatılıblar. Aşağı seçki komissiyaları üzvlərinin maarifləndirilməsi üzrə isə 9 günlük treninqlər təşkil olunub. 5 seçki məntəqəsində veb-kamera quraşdırılıb ki, bu da seçkilərin şəffaf və demokratik keçirilməsinə zəmanət verir. Müşahidəçilərin qeydə alınması da təlimata uyğun aparılıb. Son məlumata görə, dairə üzrə 1202 nəfər müşahidəçi qeydiyyatdan keçmişdir ki, onlardan da 109 nəfəri məşvərətçi səs hüquqlu üzvlər, 439 nəfəri öz təşəbbüsü ilə müşahidəçilik etmək istəyənlərdir.

Dairəni əhatə edən seçki məntəqələrində ilk dəfə səs verənlərin də siyahısı tərtib edilmişdir. 783 nəfər gənc ilk dəfə seçkilərdə iştirak etməklə öz münasibətlərini bildirəcək. Onlarla keçirilən görüşdə seçkilərin əhəmiyyətindən, onun demokratik və şəffaf keçirilməsi üçün hər bir Azərbaycan vətəndaşının fəal iştirakının vacibliyindən danışılıb, gənclərin ölkəmizin ictimai-siyasi həyatında fəal olmasının əhəmiyyəti vurğulanıb.

Bu dairədə prezident seçkilərində yaşı 100-dən yuxarı olan 3 nəfər, yaşı 80-dən yuxarı olan 941 nəfər qeydiyyata alınıb. Lerik şəhərindəki 3 saylı məntəqədən 104 yaşlı seçici Raci İbrahimovun səs verməsi üçün yaşadığı evə daşınan qutu aparılacaq, bundan ötrü məntəqə üzvlərindən ibarət nümayəndələr də təyin edilib. Əliabad kəndindəki 51 saylı məntəqədə 103 yaşlı Gülənbər Səlimova və Cəngəmiran kəndindəki 5 saylı məntəqədə 100 yaşlı Məmmədxan Abbasov isə özləri məntəqəyə gedərək səsvermədə iştirak edəcəklər. Həmişə ölkəmizdə keçirilən seçkilərdə fəallıq göstərən ağbirçək və ağsaqqallar bu dəfə də keçirilən prezident seçkilərində nümunə olmaq istəyindədirlər. Söhbət zamanı Raci kişi dedi ki, prezident seçkiləri müstəqil Azərbaycan üçün böyük əhəmiyyət daşıyır. Hər kəs anlamalıdır ki, bu seçkidə fəallıq çox vacidbir. Ən layiqlu namizədə səs versək, dövlətimiz güclənər, insanların həyat səviyyəsi də daha yüksək olar.

Lerik şəhərində olarkən dairənin 1 və 2 saylı seçki məntəqələrində hazırlığın vəziyyəti ilə tanış olduq. Öyrəndik ki, seçki günü hər kəsin məntəqələrə gələrək istədiyi namizədə sərbəst şəkildə səs verməsi üçün bütün şərait yaradılıb. 

Əli NƏCƏFXANLI,
 “Xalq qəzeti ”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında