Azərbaycan heç bir dövlətin ərazisinə göz dikməmişdir və öz torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına da yol verməyəcəkdir

Azərbaycan heç bir dövlətin ərazisinə göz dikməmişdir və öz ərazisində də ikinci erməni dövləti yaradılmasına və torpaqlarının işğal altında qalmasına yol verməyəcəkdir. Azərbaycanın güclü ordusu vardır və bu ordu torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Amma rəsmi Bakı problemin sülh yolu ilə həllinə tərəfdardır.
Bu fikirlər, ölkəmizdə səfərdə olan İran-Azərbaycan parlamentlərarası dostluq qrupu üzvlərinin Milli Məclisin Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupun deputatları ilə aprelin 27-də keçirilmiş görüşündə səslənmişdir.
Azərbaycan-İran parlamentlərarası işçi qrupun sədr müavini, Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov demişdir ki, dövlətlərimizin başçıları arasındakı dostluq münasibətləri, parlamentlərimiz və xalqlarımız arasındakı mehriban qonşuluq və dostluq əlaqələrinin inkişafında mühüm rol oynayır. Hər iki ölkənin parlamentindəki dostluq qruplarının qarşılıqlı səfərləri bizi daha da yaxınlaşdırır. Ümid edirik ki, iranlı dostlarımızın bu səfəri də əməkdaşlığımızın daha da genişlənməsinə təkan verəcəkdir.
E.İbrahimov ölkəmizdə həyata keçirilən islahatlar, əldə olunmuş uğurlar, eləcə də regionun inkişafına ciddi maneə olan Dağlıq Qarabağ münaqişəsi barədə qonaqlara ətraflı məlumat vermişdir. Problemin həlli ilə bir başa məşğul olan ATƏT-in Minsk qrupunun fəaliyyətindən narazılığını ifadə edən E.İbrahimov demişdir ki, Türkiyə bütün təzyiqlərə baxmayaraq, bu münaqişənin həllində öz prinsipial mövqeyindən geri çəkilməmişdir. Amma bəzi qonşu dövlətlər hələ də Ermənistana yardımlar göstərməkdə davam edirlər. Biz başqa dövlətlərin daxili işinə qarışmırıq, amma həmin ölkələr də Ermənistanın kimə sığındığını bilməlidirlər.
İran-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Seyid Kazım Musəvi göstərilən qonaqpərvərliyə görə minnətdarlıq etmişdir. Azərbaycanda sonuncu dəfə 2008-ci ildə prezident seçkiləri zamanı olduğunu bildirən Musəvi demişdir ki, bu səfərimdə çox dinamik inkişafın şahidi omuşam. Bu bir faktdır ki, Azərbaycan çox sürətlə inkişaf edir.
Dağlıq Qarabağ münaqişəsinə toxunan qonaq İranın bu problemin sülh yolu ilə həllinə tərəfdar olduğunu və Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini diqqətə çatdırmışdır. O demişdir ki, İran bu münaqişənin həlli ilə bağlı səylərini artırmaqda maraqlıdır.
Sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmış, ölkələrimiz arasındakı münasibətlərin daha da inkişaf etdirilməsinin, qarşılıqlı səfərlərin intensivləşdirilməsinin vacibliyi vurğulanmışdır.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında