Azərbaycanın Bosniya və Herseqovinada diplomatik nümayəndəliyi fəaliyyətə başlamışdır

Azərbaycanın Bosniya və Herseqovinadakı diplomatik nümayəndəliyi fəaliyyətə başlamışdır.
Paytaxt Sarayevoda təşkil olunan rəsmi açılış mərasimində Azərbaycanın iqamətgahı Buxarestdə olmaqla Bosniya və Herseqovinadakı səfiri Eldar Həsənov çıxış etmişdir. Diplomat Azərbaycanın Qərbi Balkan ölkələri, o cümlədən Bosniya və Herseqovina ilə hərtərəfli əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini vurğulamış, Sarayevoda dövlətimizin diplomatik nümayəndəliyinin açılmasının bunun sübutu olduğunu qeyd etmişdir. E.Həsənov diplomatik missiyanın fəaliyyətə başlamasının xalqlarımızın daha da yaxınlaşmasına xidmət edəcəyinə əmin olduğunu bildirmişdir.
Xatırladaq ki, hələ Sovet İttifaqı dövründə xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi vaxtdan etibarən Bakı və Sarayevo arasında qardaşlaşmış şəhərlər əlaqələri mövcuddur. Bununla əlaqədar olaraq, açılış mərasimindən sonra tədbir iştirakçıları Sarayevodakı Bakı küçəsi ilə tanış olmuşlar.
Mərasimdə Bosniya və Herseqovinanın hər üç xalqını təmsil edən dövlət, hökumət və parlament üzvləri, siyasi partiyaların, ictimaiyyətin və KİV-in nümayəndələri iştirak etmişlər.
Hər iki dövlətin himnlərinin sədaları altında diplomatik nümayəndəliyin üzərində Azərbaycanın dövlət bayrağı ucaldılmışdır.{nl}

AzərTAc

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında