Korrupsiya ilə mübarizə ədliyyə orqanlarının diqqət mərkəzindədir

Prezident İlham Əliyevin korrupsiya ilə mübarizənin gücləndirilməsi üzrə tapşırıqlarının icrası məqsədi ilə Ədliyyə Nazirliyi tərəfindən təsirli tədbirlərin görülməsi davam etdirilir.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, bu tədbirlər çərçivəsində Xaçmaz rayonunda şimal bölgəsinin ədliyyə orqanları əməkdaşlarının iştirakı ilə korrupsiyaya qarşı mübarizəyə həsr olunmuş geniş zona müşavirəsi keçirilmişdir.
Ədliyyə nazirinin müavini Vilayət Zahirov tədbirdə çıxış edərək regionların hərtərəfli inkişafını əngəlləyən korrupsiyanın qarşısının alınması, yerlərdə hüquq təsisatlarının inkişafı və əhalinin ədliyyə orqanlarına müraciət imkanlarının asanlaşdırılması, fəaliyyətdə şəffaflığın artırılması üzrə tədbirləri qeyd etmiş, yerli qurumlarda süründürməçiliyin və digər xoşagəlməz halların tamamilə aradan qaldırılmasının, cəmiyyətdə korrupsiyaya qarşı dözümsüzlük mühitinin yaradılmasının labüdlüyünü vurğulamışdır.
Bildirilmişdir ki, yaradılmış xüsusi monitorinq qrupları tabe qurumlarda yoxlamalar aparmış, aşkar olunan problemlər yerində həll edilmiş, nazirliyin "qaynar xətt"lərinə daxil olan şikayətlər dərhal araşdırılmış və təxirəsalınmaz işlər görülmüşdür.
Müşavirədə əhalinin birbaşa təmasda olduğu məhkəmə qərarlarının icrası, qeydiyyat və notariat sahəsində işin düzgün təşkili və nizam-intizamın möhkəmləndirilməsi, korrupsiya və digər neqativ hallara şərait yaradan amillərin qarşısının qətiyyətlə alınması və qabaqlayıcı tədbirlərin görülməsi, mövcud nöqsanların aradan qaldırılması üzrə ciddi tapşırıqlar verilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında