Azərbaycanın ərazi bütövlüyünün bərpası işində gənclər Ali Baş Komandana daim dəstək olacaqlar

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) təşəbbüsü ilə gənclər təşkilatları fəallarının dövlət və hökumət qurumlarının rəhbərləri ilə görüşləri çərçivəsində növbəti tədbir martın 2-də Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov ilə keçirilmişdir.
Əli Həsənov ARGTMŞ tərəfindən irəli sürülmüş və artıq ənənə halını almış belə tədbirlərin rəsmi qurumlarla fəal gənclər arasında münasibətlərin qurulması baxımından əhəmiyyətini vurğulamışdır. Gənclərin gündəlik həyatımızın bütün sahələrində uğurla fəaliyyət göstərdiyi diqqətə çatdırılmışdır.
Qaçqınkomun sədri ermənilərin əzəli torpaqlarımıza köçürülməsi tarixindən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaranma səbəblərindən bəhs etmişdir. Prezident İlham Əliyevin bu münaqişənin sülh yolu ilə həlli istiqamətində gördüyü işlər haqqında ətraflı məlumat verən Ə.Həsənov bildirmişdir ki, Azərbaycanın ərazi bütövlüyü danışıqlarda daim əsas tutulur və gec-tez doğma torpaqlarımızı azad edəcəyik. Erməni təcavüzü nəticəsində yurd-yuvalarından didərgin düşmüş insanların problemlərindən və onların həlli istiqamətində görülən tədbirlərdən danışan komitə sədri bu insanların qəlbinin həmişə Vətən həsrəti ilə döyündüyünü nəzərə çarpdırmışdır.
Görüşün əhəmiyyətinə toxunan ARGTMŞ-in sədri, Milli Məclisin deputatı Fuad Muradov dövlət siyasətinin həyata keçirilməsində gənclərin üzərinə düşən vəzifələrdən danışmışdır. Azərbaycanın ərazi bütövlüyünün bərpasının vacibliyini söyləyən F.Muradov gənclərin bu işdə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə daim dəstək olacaqlarını vurğulamışdır.
Sonra gənclərin sualları cavablandırılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında