Filipp Bobkov: Heydər Əliyev təkcə Azərbaycanda deyil, bütün Sovet İttifaqında parlaq siyasi sima idi

Ordu generalı, 1985-1991-ci illərdə SSRİ DTK sədrinin birinci müavini olmuş Filipp Bobkov müsahibəsində demişdir: "Heydər Əliyev təkcə Azərbaycan üçün parlaq siyasi sima deyildi. Bu insan nəinki Azərbaycanda, həm də bütün Sovet İttifaqında böyük nüfuz sahibi idi".
Ömrü boyu SSRİ dövlət təhlükəsizliyi orqanlarında yüksək vəzifələrdə işləmiş Filipp Denisoviç Bobkov həm də "DTK və hakimiyyət", "Son iyirmi il: siyasi kəşfiyyat rəisinin qeydləri", "Satqınları necə hazırlayırdılar: siyasi əks-kəşfiyyat rəisi dəlalət edir" memuarlarının və digər maraqlı nəşrlərin müəllifidir.
Filipp Bobkov Azərbaycanın ümummilli lideri Heydər Əliyev haqqında xatirələrini bölüşərək demişdir: "Mən Heydər Əliyevlə dövlət təhlükəsizliyi orqanlarında işləyərkən tanış olmuşam. O vaxt o hələ Naxçıvanda, sonra Bakıda şöbə rəisi idi. Onunla tanış olduğumuz konkret günü xatırlamıram, amma bir şeyi deyə bilərəm ki, çox səmimi münasibətlərimiz var idi. Heydər Əliyev Moskvada olanda həmişə görüşürdük, birinci katib seçiləndən sonra Moskvaya gələn kimi mənimlə görüşdü, birlikdə əyləşib xeyli söhbət etdik. Bir sözlə, həmişə əlaqə saxlayırdıq.
Yadımdadır, Heydər Əliyev MK-nın birinci katibi olanda mən onun yanına getmişdim. Bu, məhz onun rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizəyə başladığı vaxtlar idi. Rüşvətxorluğa qarşı mübarizənin necə getdiyini soruşdum, bu məsələdə ona nəyin kömək etməsi ilə maraqlandım. O cavab verdi: "Nəyin kömək etdiyini bilmirəm, amma sənə yalnız bir şeyi deyə bilərəm - indi Azərbaycan KP MK-da rüşvət almırlar. MK-nın hüdudlarından kənarda nələr baş verdiyini hələ bilmirəm".
Bax, belə bir epizod olmuşdu.
O, həmişə öz vəzifəsində çox fəal çalışırdı. Onun ömür-gün yoldaşı Zərifə xanımı da yaxşı tanıyırdım. Hətta bu da yadımdadır ki, bir dəfə biz polyaklarla Bakıya gəlmişdik və onları mən müşayiət edirdim. Heydər Əliyev Bakıda yox idi, ezamiyyətə getmişdi. Bizim nümayəndə heyətini Zərifə xanım müşayiət edirdi. Onun nə dərəcədə təvazökar insan olmasını göstərən bir detalı qeyd etmək istəyirəm. Biz rayona gedəndə təbii ki, rayon partiya komitəsinə gedirdik. Lakin Zərifə xanım maşından çıxmırdı, deyirdi ki, bizimlə gedə bilməz, çünki o, rəhbər orqanların üzvü deyildir. O deyirdi ki, bizi maşında gözləyəcəkdir. Bax, bu dərəcədə təvazökar adam idi.
Filipp Bobkov Azərbaycanın ümummilli liderinin Moskvada işlədiyi dövrdən söhbət açaraq demişdir ki, Heydər Əliyev çox fəal çalışırdı.
General Filipp Bobkov sonda demişdir: "Heydər Əliyev faydalı və gərəkli adam idi, onun qabiliyyətini Yuri Vladimiroviç Andropov da çox yüksək qiymətləndirirdi.
Onunla axırıncı dəfə Moskvada görüşmüşəm. O, xəstəxanada yatanda mən ona baş çəkirdim. Bu, bizim son görüşümüz oldu. Amma hərdənbir telefonla danışırdıq. Son illərdə, Bakıda işləyəndə məni qonaq çağırırdı, amma mən imkan tapmadım".{nl}

Asya HACIZADƏ AzərTAc-ın xüsusi müxbiri
Moskva

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında