“Beynəlxalq Əmək Standartları və Bərabərlik” mövzusunda konfrans

Bakıda əmək sahəsində beynəlxalq standartların və bərabərlik prinsplərinin təmin olunması məsələlərinin müzakirəsinə həsr olunmuş konfrans öz işinə başlayıb.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev Azərbaycanın BƏT-in əmək və məşğulluq sahəsində əsas hüquqları əhatə edən 58 Konvensiyasına qoşulduğunu, BƏT-lə sıx əməkdaşlığın həyata keçirildiyini, ötən il ölkəmizin bu Təşkilatın Rəhbər Orqanında təmsil olunmaq hüququ qazandığını diqqətə çatdırıb. O, ölkəmizdə əmək qanunvericiliyinin təkmilləşdirilməsində, sosial və iqtisadi məsələlər üzrə üçtərəfli komissiyanın yaradılmasında, özünüməşğulluq proqramının icrasında, işsizlikdən sığorta sisteminin tətbiqində və s. BƏT-in dəstək verdiyini, hazırda BƏT-lə birgə ikinci proqram olmaqla “2016--2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın icra edildiyini vurğulayıb.

İ.İsayev bildirib ki, son on il ərzində ölkəmizdə minimum əmək haqqının səviyyəsi 2,2 dəfə, ölkə üzrə orta aylıq əməkhaqqı 2,4 dəfə artıb. Nəticə etibarilə, ölkədə yoxsulluğun səviyyəsi 6 faizdən, işsizlik səviyyəsi isə 5 faizdən aşağı enib. 2018-ci ilin yanvar ayından ölkəmizdə minimum əmək haqqının məbləği 12,06 faiz artırılıb. Ölkəmizdə əmək və məşğulluq sahəsində milli qanunvericiliyin təkmilləşdirilməsinin təkcə BƏT-in Konvensiyaları əsasında  deyil, eləcə də Avropa standartlarına uyğun olaraq həyata keçirildiyi vurğulanıb.

ASK-nın vitse-prezidenti Vüqar Zeynalov özəl sektorda əməyin ödənilməsi sahəsində mövcud vəziyyətlə bağlı fikirlərini bildirib. AHİK sədrinin müavini Cavanşir Alxasov iş yerlərində layiqli əməyin təmin olunmasının, əmək münasibətlərində bərabər yanaşmaların həyata keçirilməsinin həmkarlar təşkilatlarının fəaliyyətinin əsas istiqamətlərindən olduğunu vurğulayıb. 

BƏT-in nümayəndəsi--baş mütəxəssis Lejo Sibbel və Avropa Şurasının təmsilçisi-- departament müdiri Reji Briya ötən dövrdə Azərbaycanda milli qanunvericiliyin beynəlxalq əmək normalarına, sosial hüquqlar sisteminə uyğunlaşdırılması, habelə əmək haqqı siyasətinin təkmilləşdirilməsi sahəsində aparılan işlərin əhəmiyyətini vurğulayıblar.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında