Sosial hüquqlar sistemi Avropa Sosial Xartiyasına uyğun təkmilləşdirilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində   ölkəmizdə səfərdə olan Avropa Şurasının İnsan Hüquqları və Qanunun Aliliyi Baş Direktorluğunun Avropa  Sosial Xartiyası departamentinin müdiri, Sosial Hüquqlar üzrə Avropa Komitəsinin icraçı katibi Reji Briya ilə görüş olub. Görüşdə Avropa Şurasının Bakı ofisinin rəhbəri Zoltan Hernyes də iştirak edib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkənin ümumi inkişafının sosialyönümlü olduğunu, əldə edilən iqtisadi dividentlərin ilk növbədə sosial məqsədlərə yönəldiyini vurğulayıb: “Eyni zamanda, Azərbaycan sosial dövlət olaraq, sosial hüquqlar sistemini və bu hüquqların müdafiəsi mexanizmini müasir dünya təcrübəsi əsasında, mütərəqqi beynəlxalq normalar əsasında təkmilləşdirir. Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunduqdan qısa müddət sonra, 2001-ci ilin oktyabr ayında insanların sosial və iqtisadi hüquqlarının qorunması üzrə Şura çərçivəsində regional beynəlxalq müqavilə olan Avropa  Sosial Xartiyasına qoşulması da bunu aydın şəkildə göstərir. Ötən müddətdə ölkəmiz  31 maddədən və əlavələrdən ibarət olan Xartiyanın mütləq xarakter daşıyan əsas maddələrini, ümumilikdə 18 maddəsini ratifikasiya edib”.

Nazir bildirib ki, Avropa  Sosial Xartiyasının ölkəmiz tərəfindən ratifikasiya olunmuş maddələri əsasında milli qanunvericilikdə müvafiq təkmilləşdirmələr aparılıb. Qarşıdakı dövrdə də bu istiqamətdə işlər davam etdiriləcək.

 S.Müslümov ölkəmizdə sosial hüquqlar sisteminin inkişaf etdirilməsində Avropa Şurasına üzv dövlətlərdə Sosial Birlik üzrə Strategiya və Fəaliyyət Planından irəli gələn prinsiplərin də daim diqqətdə saxlanıldığını vurğulayıb, həmçinin yaradılmış elektron sistemlər vasitəsi ilə əhaliyə müasir və şəffaf xidmətlərin göstərildiyini, sosial müdafiə sisteminin həssas əhali qrupları üçün əlçatanlığının təmin edildiyini  bildirib.

R.Briya Avropa Sosial Xartiyasının maddələrinin ratifikasiyası, sosial sahədə milli qanunvericiliyin Xartiyanın ratifikasiya olunmuş maddələrinə uyğun  təkmilləşdirilməsi sahəsində Azərbaycanda aparılan işlərin Avropa  Sosial Xartiyası departamenti tərəfindən məmnunluqla qarşılandığını qeyd edib. O, ölkəmizdə aparılan sosial siyasətin ildən-ilə güclənməsinin, həssas əhali qruplarının təminat səviyyəsinin getdikcə artırılmasının, onların sosial hüquqlarının təmin edilməsinin, həmçinin Avropa Şurasının sosial birlik prinsiplərinin diqqətdə saxlanmasının təqdirəlayiq olduğunu bildirib.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

 

 

 

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında