Abşeronda Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının peşə bayramı qeyd edildi

İştirakçılar əvvəlcə Heydər Əliyev parkında Azərbaycanın təhlükəsizlik orqanlarının əzəli fəxri rəhbəri, bu mühüm dövlət təsisatında milliləşmə prosesinin banisi, ümummilli lider Heydər Əliyevin abidəsinin önünə tər çiçəklər qoydu, əziz xatirəsini yad edilər.

Dövlət Təhlükəsizlik Xidməti Abşeron rayon şöbəsinin rəisi Əfqan Həsənəliyev xüsusi xidmət orqanlarının yaradılmasının tarixi ilə bağlı məruzə etdi. Ölkəmizin hərtərəfli inkişafı üçün ictimai-siyasi sabitliyin əsas amillərdən biri olduğunu deyən Ə.Həsənəliyev dövlət təhlükəsizliyi orqanlarının bu sahədə qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirdiyini vurğuladı.

Toplantıda Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İ.Gülməmmədova respublikamızın Dövlət Təhlükəsizliyi Xidməti orqanlarını, o cümlədən rayon şöbəsinin bütün əməkdaşlarını peşə bayramları münasibətilə səmimi qəlbdən təbrik etdi və onlara cansağlığı, çətin və şərəfli işlərində yeni-yeni uğurlar arzuladı. Bildirdi ki, əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş, keçmişin ən ümdə şanlı dəyərlərini özündə əks etdirməklə gələcəyə hesablanmış uğurlu dövlətçilik strategiyası bu gün müstəqil ölkəmizdə bütün sahələrdə olduğu kimi, dövlət təhlükəsizlik istiqamətində də layiqli şəkildə davam etdirilməkdədir.

Rayon rəhbəri bildirdi ki, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən Respublikamızda dövlət təhlükəsizliyinin qorunması istiqamətində atılan uğurlu addımların nəticəsində Azərbaycan hazırda regionun lider ölkəsinə çevrilib. Bu yönümdə əsas qarant olan sabitlik və təhlükəsizliyin etibarlı qorunmasında dövlət təhlükəsizlik orqanlarının öz layiqli rolu və xidmətləri vardır.

Abşeron Rayon Polis şöbəsinin rəisi Şəhriyar Şəmşirli, rayon prokuroru Rahib Seyidov, Abşeron Rayon Məhkəməsinin sədri Elçin Kazımov və başqaları çıxış edərək təbriklərini söylədilər.

İradə Gülməmmədova sonda DTX Abşeron rayon şöbəsinin bir qrup əməkdaşına RİH-nin Fəxri fərmanlarını və hədiyyələrini təqdim etdi.

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında