Sabirabadda “İcmanın yerli problemlərinin həllində səlahiyyətlərin artırılması və yerli idarəetmə ilə əməkdaşlığın gücləndirilməsi” layihəsi çərçivəsində təlimlər keçirilmişdir

“Tərəqqi” Sosial Tədiqatlar və "Dalga" Ekologiya və Təbiətin Mühafizəsi İctimai Birliyi Avropa İttifaqının maliyyələşdirdiyi “Vətəndaş Cəmiyyəti və Vətəndaşların Maraqlarının Müdafiəsi" layihəsi  çərçivəsində birgə həyata keçirdiyi “İcmanın Yerli Problemlərin Həllində Səlahiyyətlərinin Artırılması və Yerli İdarəetmə ilə Əməkdaşlığının Gücləndirilməsi” layihəsi çərçivəsində icma nümayəndələrinin iştirakı ilə növbəti təlimlər 16-18 mart 2018-ci il tarixdə Sabirabad rayonunun Heydər Əliyev Mərkəzində keçirilmişdir. 

 

Tədbiri giriş sözü ilə açan “Tərəqqi” STİB-in nümayəndəsi Calal Əmənov təlim iştirakçılarına layihə və layihə çərçivəsində 4 rayonda - Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonlarında təşkil olunan bu təlimlərin məqsəd və əhəmiyyəti haqqında məlumat vermişdir. Calal Əmənov qeyd etmişdir ki, "Dalga" ekologiya və təbiətin mühafizəsi ictimai birliyi ilə birgə həyata keçirilən bu layihənin məqsədi icmaların yerli dövlət qurumları ilə əməkdaşlığını daha da yaxşılaşdırmaqdan, prioritet problemlərin müəyyənləşdirilməsi, müvafiq dövlət qurumlarının dəstəyini əldə etmək üçün fəal icma nümayəndələrini lazımi bilik və bacarıqlarla təmin etməkdən ibarətdir.

Sabirabad rayonunda təşkil olunan 2 günlük təlim zamanı iştirakçılar layihə planlaşdırması, icma liderliyi, təqdimat bacarıqları və ictimai vəkillik mövzusunda bilgi və bacarıqlarla təmin olunmuşlar. İnteraktiv mühitdə keçirilən təlimdə iştirakçılar əldə etdikləri layihə planlaşdırması haqqında bilgilərdən istifadə edərək təmsil etdikləri icmaların ən ümdə problemlərini müəyyən edib həlli üçün geniş qrup müzakirəsi aparmışlar. Bundan əlavə icma nümayəndələri icma liderliyi anlayışı və xüsusiyyətləri, liderin rolu və vəzifələri ilə bağlı geniş məlumatla tanış olmuşlar. Təlim zamanı iştirakçılar, həmçinin uğurlu təqdimatın xüsusiyyətləri, uğurlu təqdimat etməyin addımları və həmçinin ictimai vəkillik haqqında bilgilər də əldə etmişlər.

Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov çıxış edərək sosial inkişaf yönümlü layihələrə dəstək olduğu üçün “Tərəqqi” STİB-nin kollektivinə minnətdarlığını bildirərək təşkilata və iştirakçılara uğurlar arzulamışdır.

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında