Lerikin Durğan kəndinə mavi qaz verildi

Dağlar diyarı Lerikin Durğan kəndinə mavi qazın verilməsi münasibətilə tədbir keçirilib.  

Tədbirdə çıxış edən kənd ictimaiyyətinin nümayəndələri qaz çəkilişinin    sakinlərin bayram sevincinə sevinc qatmasından məmnunluqlarını bildirib, bunu əhalinin rifah halının daha da yaxşılaşmasına xidmət etdiyini söyləyiblər.  

 Milli Məclisin deputatı İqbal Məmmədov və “Azəriqaz” İstehsalat Birliyinin Lənkəran Regional Qaz İstismarı İdarəsinin rəisi Hüseyn Şirinov sakinləri kəndə mavi qazın verilməsi münasibəti ilə təbrik ediblər.  

Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov deyib ki, Azərbaycanın bütün bölgələrində olduğu kimi Lerikdə də sosial-iqtisadi inkişaf yüksək sürətlə davam edir.     Bunun bariz nümunəsidir ki, ən ucqar kəndlərə belə yollar çəkilir, təbii qaz verilir. Bu il qazlaşdırılması nəzərdə tutulan yaşayış məntəqələri sırasında Lerikin Veri kəndi də var, eyni zamanda rayonda modul tipli məktəblər tikiləcək. Bu faktlar dövlətimizin əsas inkişaf meyarlarını səciyyələndirən amillərdəndir.

Tədbirdə ucqar dağlıq ərazilərə göstərdiyi qayğı və diqqətə görə ölkə rəhbərliyinə   dərin minnətdarlıq duyğuları ifadə olunub. Sonda 48 abonenti olan Durğan kəndinə təbii qazın verilməsini bildirən məşəl alovlandırılıb.

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin bölgə müxbiri

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında