Azərbaycan ilə Macarıstan arasında ikitərəfli münasibətlər müzakirə olunmuşdur

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfov fevralın 28-dən martın 2-dək siyasi məsləhətləşmələr keçirmək məqsədi ilə Macarıstanda səfərdə olmuşdur.
Səfərin birinci günü X.Xələfov Macarıstan parlamenti sədrinin müavini Lejak Şandor, Xarici İşlər Nazirliyinin dövlət katibi Jolt Nemet, dövlət katibinin müavini və siyasi direktor Peter Staray, Azərbaycan-Macarıstan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının Macarıstan tərəfindən həmsədri Roza Nad, Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Marton Dyöndöşi və qrupun üzvləri ilə görüşlər keçirmişdir.
Görüşlərdə Azərbaycan və Macarıstan arasında ikitərəfli siyasi, iqtisadi və mədəni əlaqələr, iki ölkənin enerji təhlükəsizliyi sahəsində əməkdaşlığı, İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının fəaliyyətinin intensivləşdirilməsi məsələləri müzakirə edilmişdir.
Martın 2-də X.Xələfov Macarıstanın İctimai Televiziyası olan nüfuzlu Duna TV telekanalının səhər proqramında canlı yayımda səfərin nəticələri, Azərbaycan və Macarıstan arasında ikitərəfli münasibətlər, ölkəmizin enerji siyasəti haqqında müsahibə vermişdir.{nl}

Pərvanə QARAYEVA AzərTAc-ın xüsusi müxbiri
Budapeşt

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında