Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Yevlaxda regional müşavirə keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) Kənd Təsərrüfatı Nazirliyinin (KTN) əməyin mühafizəsi və texniki təhlükəsizlik sektoru ilə birlikdə Yevlaxda regional müşavirə keçirmişdir. Müşavirədə Aran regionuna daxil olan 10 rayonun icra hakimiyyətləri başçılarının aqrar məsələlər üzrə müavinləri, KTN-nin dövlət texniki nəzarət müfəttişliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rayonlardakı nümayəndələri, fermer təsərrüfatlarının rəhbərləri, meşə təsərrüfatı işçiləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri iştirak etmişlər.
Müşavirədə dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın təhlükəsizliyi ilə əlaqədar qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, eləcə də meşələrin yanğın təhlükəsizliyinin təmin olunması üçün qarşıda duran vəzifələr müzakirə olunmuşdur.
DYNX təbliğat şöbəsinin rəisi Hikmət Xudiyev, Aran Regional DYNİ-nin rəisi Rəşad Əbilov, KTN-nin əməyin mühafizəsi və texniki təhlükəsizlik sektorunun müdiri Vahid Zərgərov və digərləri çıxış edərək, yanğınların baş verməməsi üçün qabaqlayıcı tədbirlərdən danışmış, "Yanğın təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun qarşıya qoyduğu vəzifələr, yanğın zamanı zəruri hərəkətlər barədə məlumat verilmişlər.
Sonda tədbir iştirakçıları DYNX-nin fəaliyyətini, dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın təhlükəsizliyi ilə əlaqədar qabaqlayıcı tədbirlərin həyata keçirilməsini, eləcə də meşələrin yanğın təhlükəsizliyinin təmin olunmasını əks etdirən tematik sərgiyə baxmışlar. Tədbirdə DYNX tərəfindən hazırlanmış maarifləndirici kitabçalar paylanmışdır.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında