"AzeriCard"dan pensiyaçılara müjdə

"Azərbaycan Beynəlxalq Bankı"nın təsisçisi olduğu "AzeriCard" prosessinq şirkəti artıq neçə müddətdir ki, "SMS Xəbərdarlıq" xidmətinin tətbiqinə başlamışdır. Bu xidmətə qoşulan plastik kart sahibinin kart vasitəsilə apardığı bütün əməliyyatlar barədə məlumatlar avtomatik olaraq onun mobil telefonuna daxil olur. Belə ki, əgər müştərinin kart hesabına hər hansı köçürmə edilmişsə, o cümlədən maaş, pensiyanın karta oturduğu barədə məlumat dərhal müştərinin mobil telefonuna göndərilir.
Pensiyaçılar üçün bu xidmət xüsusilə əhəmiyyətlidir. Onlar bankomata yaxınlaşmadan, banka yaxud sosial müdafiə fonduna müraciət etmədən, heç bir əziyyət çəkmədən, vaxt itirmədən təqaüdün hesaba köçürüldüyü barədə məlumatı öyrənə bilərlər. Bu cür rahatlığı əldə etmək üçün pensiyaçılar "SMS Xəbərdarlıq" xidmətinə qoşulmalıdır. "AzeriCard" pensiyaçı müştəriləri nəzərə alaraq, onların bu xidmətə qoşulması mexanizmini maksimum sadələşdirmişdir. İndi bu xidmətə qoşulmaq üçün "AzeriCard"ın 24 saat fəaliyyət göstərən "Müştəri Xidməti"nə (194 yaxud bütün telefonlardan: ulduz 2273, nəhayət 598 46 97) zəng vurub, kartın və telefonun nömrəsini təqdim etmək kifayətdir. Qeyd edək ki, bu cür qoşulma üsulu yalnız pensiyaçılar üçün tətbiq edilir. Xidmətə görə təqaüdçüdən 10 qəpik həcmində aylıq abunə haqqı tutulur.
Qoşulmanın digər üsulları da mövcuddur. Məsələn, bankın filialına müraciət edib, təqaüd kartının hansı telefon nömrəsinə bağlanılmasının arzu edildiyi bildirilməlidir. ATM vasitəsilə qoşulmaq üçün kart bankomata daxil edilir, müvafiq menyu seçilir və klaviaturada mobil telefonun nömrəsi yığılır.
İstənilən vasitə ilə qoşulma prosesi bitdikdən sonra kart hesabına vəsait daxil olarkən, təqaüdçü dərhal SMS vasitəsilə məlumatlandırılacaqdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında