Tovuzda sakinlər qayğı və problemlərindən danışıblar

Millət vəkili Qənirə Paşayeva Tovuzda olarkən sakinlərlə görüşüb, onların müraciətlərini dinləyib və həlli istiqamətində müvafiq qurumlara müraciət edib. Xəstələrlə görüşən millət vəkili onların müalicələri ilə maraqlanıb, bəzilərinin daha yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün səhiyyə nazirliyi ilə əlaqə saxlayaraq Bakıda və ya Rayon Məkrəzi Xəstəxanasında yerləşdirilməsini təşkil edib. Millət vəkili, həmçinin həmin kəndlərdə fiziki imkanları məhdud insanlarla da görüşüb, qayğıları ilə maraqlanıb.

Kənd müəllimləri ilə görüşdə onların fikir və qayğılarını da dinləyib. Seçicilər ünvanlı sosial yardım, təhsil, səhiyyə, bəzi ailələrə verilən qaz, su və elektrik təchizatının daha da yaxşılaşdırılması, kəndlərə verilən əkin suvarması suyu ilə bağlı təhcizatın normallaşdırılması və bölgədə həyata keçirilməsi nəzərdə tutulan layihələrlə bağlı öz təklif və fikirlərini bildirib, müzakirərlər aparıblar. Millət vəkili vətəndaşları fərdi qaydada dinləyib, onları narahat edən problemlərlə bağlı qeydlər apararaq, həll edilməsi istiqamətində köməklik göstərilməsinə çalışacağını bildirib.

Q.Paşayeva Bakıya döndükdən sonra seçicilərinin bir sıra problemlərinin həlli istiqamətində müvafiq qurumlarla əlaqə saxlayacağını və onların bəzi təkliflərini parlamentdə səsləndirəcəyinə söz verib.

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında