Şəhidlər ölməz — Vətən bölünməz

Astaranın Əzərüd kəndində Aprel zəfəri qəhrəmanı Pəncəli Teymurovun doğum günü ilə bağlı kənd orta məktəbində anım tədbiri təşkil edilib. Millət vəkili Q.Paşayeva tədbirin hazırlanmasında əməyi keçənlərə təşəkkürünü bildirib və bu cür tədbirlərin vacibliyini xüsusi vurğulayıb: “Pəncəli Teymurov  kimi qəhrəmanlarımız  həmişə qəlbimizdə yaşayacaq. Xalqımız, vətənpərvər ruhda böyüyən gənc nəsil Pəncəli Teymurovun xidmətlərini heç zaman unutmayacaq”.

Q. Paşayeva deyib: “Nə qədər ki, Azərbaycan xalqı var,  belə oğulların əziz xatirəsi heç vaxt unudulmayacaq. Gənc nəslin vətənpərvərlik ruhunda yetişməsi üçün özünü vətənə fəda edən Pəncəli Teymurov kimi qəhrəmanların həyat yolundan gənclərimiz örnək almalıdır. Şəhidimizlə bərabər onun ailəsi qarşısında da baş əyirk”.

Millət vəkili Rəşad Mahmudov çıxışında deyib: “Hər insana şəhidlik zirvəsinə ucalmaq nəsib olmur. Pəncəli Teymurov aprel döyüşlərində canından keçərək, Vətən yolunda şəhid oldu. O, adını tarixə qızıl hərflərlə yazdı. Torpaqlarımız uğrunda canından keçən şəhidlərimizlə fəxr edirik. Pəncəli qardaşımızı tərbiyə edən valideynlərinin qarşısında baş əyirəm”.

Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırovanın kövrək çıxışından, “Şəhidlər ölməz, Vətən bölünməz” sözlərindən sonra, “2016 Aprel” Şəhid Ailələrinə Dəstək İB-nin həmtəsisçisi Aida Eyvazlı, Astara rayon təhsil şöbəsinin müdiri, Əzərüd kənd orta məktəbinin direktoru və müəllimlər, kəndin bələdiyyə sədri və ağsaqalları, Pəncəli Teymurovun həbçi dostları da çıxış edərək qəhrəman şəhidimizlə bağlı xatirələrini paylaşıblar. 

Pəncəlinin anası ailə adından çıxış edərək tədbir iştirakçılarına minnətdarlığını bildirib və oğlunun vətən sevgisi ilə bağlı heç kəsin bilmədiyi xatirələri danışıb. Tədbirdə onun təhsil aldığı məktəbin şagirdləri Pəncəli Teymurovla bağlı yazılmış şeirləri səsləndiriblər, Vətən və şəhidlik mövzusunda çıxışlar ediblər.  

 Millət vəkilləri və digər tədbir iştirakçıları Pəncəli Teymurovun yaşadığı evi ziyarət ediblər və evin həyətində qəhrəman şəhidimizin yeni tikilən ev muzeyində görülən işlərlə tanış olublar. 

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında