Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının dəstəyi ilə yeni internet portal - Etika.az saytı yaradılmışdır

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının dəstəyi ilə yeni internet portal - Etika.az saytı yaradılmışdır.
Komissiyadan bildirmişlər ki, Etika.az dövlət orqanları və vətəndaşlar arasında münasibətlərin etik davranış qaydalarına uyğun həyata keçirilməsini təşviq etmək məqsədi ilə yaradılmışdır. İnternet portal dövlət qurumlarının nümayəndələrinin və vətəndaşların münasibətlərinin etik davranışları çərçivəsində tənzimlənməsinə dəstək verəcək, maarifçilik və məlumatlandırma funksiyasını həyata keçirəcəkdir.
Bu sahədə ilk informasiya mənbəyi olan saytda etik davranış qaydaları ilə bağlı bütün normativ hüquqi aktlar və beynəlxalq təcrübə barədə məlumatlar yerləşdirilmişdir. Eyni zamanda saytda etik davranış qaydalarına uyğun olaraq müvafiq testlər təşkil edilmişdir. Testlər vasitəsilə hər bir dövlət orqanının nümayəndəsi bu sahədə biliklərini təkmilləşdirmək imkanına malik olacaqdır.
Vətəndaşların dövlət orqanlarına müraciət etməsini təkmilləşdirmək məqsədi ilə Etika.az saytında, həmçinin dövlət orqanlarının saytlarına keçidlər, onların əlaqə ünvanları, telefonları və elektron poçtları barədə məlumatlar yerləşdirilmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında