Azərbaycan ilə Xorvatiya arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

Azərbaycan ilə Xorvatiya arasında hüquqi sahədə əməkdaşlıq genişlənir.
Bu sözlər ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovun Azərbaycanda səfərdə olan Xorvatiya Ali Məhkəməsinin sədri Branko Hrvati ilə görüşündə səslənmişdir.
F.Məmmədov Azərbaycan və Xorvatiya arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf etdiyini, hər iki dövlətin məhkəmə və ədliyyə orqanları arasında əlaqələrin genişləndirilməsində qarşılıqlı səfərlərin mühüm rol oynadığını bildirmişdir.
B.Hrvati Xorvatiyanın məhkəmə sistemindən danışmış, Azərbaycanla müqayisədə ölkəsində hakimlərin sayının 8 dəfə çox olmasına baxmayaraq, məhkəmələrdə baxılan işlərin sayının hədsiz yüksək olduğunu bildirmiş, təcrübə mübadiləsinin vacibliyini qeyd etmişdir.
Xorvatiya Ali Məhkəməsinin sədri Azərbaycanda əhalinin məhkəmələrə inamının artmasına yönələn məqsədyönlü tədbirləri yüksək qiymətləndirmiş, ikitərəfli münasibətlərin inkişafı üçün geniş imkanların olduğunu və səfərinin uğurlu keçdiyini vurğulamışdır.
Görüşdə əməkdaşlığın prioritetləri, o cümlədən inzibati ədliyyə, hakimlərin müstəqilliyi, toxunulmazlığı və məsuliyyəti, ilkin və davamlı tədrisin əhəmiyyəti, Məhkəmə-Hüquq şuralarının fəaliyyəti və digər məsələlər müzakirə olunmuşdur.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında