BƏT Azərbaycanda aparılan islahatları dəstəkləyir

Beynəlxalq Əmək Təşkilatının (BƏT) İdarə Heyətinin Cenevrə şəhərində (İsveçrə) keçirilən  332-ci iclasında iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov BƏT-in Baş direktoru Qay Rayderlə görüşüb.

S.Müslümov Q.Rayderin məruzəsində əksini tapan tezislərin ölkələrin əmək bazarlarında inkişaf meyillərinin təmin olunması baxımından aktual olduğunu, iclasın layiqli əmək konsepsiyasının reallaşdırılması sahəsində qarşıda duran məsələlərin həlli ilə əlaqədar geniş müzakirələrin aparılması imkanı yaratdığını qeyd edib.

 Nazir vurğulayıb ki, bu gün dünyanın 35 ən rəqabətqabiliyyətli iqtisadiyyata malik ölkəsi sırasında olan, son 15 ildə 3 dəfədən çox iqtisadi artıma nail olan Azərbaycanda cari ilin iki ayında ümumi daxili məhsulda 1,3 faiz, qeyri-neft sektorunda 2,3 faiz artım qeydə alınıb. Dünya iqtisadiyyatında çətinliklərin yaşandığı son illərdə də Azərbaycanda bütün sosial proqramlar uğurla davam etdirilməklə, onların getdikcə daha da genişləndirilməsi təmin olunub. Eyni zamanda, əmək haqlarının mütəmadi artırılması da həyata keçirilir. Cari ilin ötən dövründə ölkədə əmək haqları, habelə digər sosial ödənişlər növbəti dəfə artırılıb.

S.Müslümov aztəminatlı ailələrin özünüməşğulluq proqramı vasitəsilə əmək potensiallarının reallaşdırılması yönündə aparılan işləri diqqətə çatdırıb, bu proqramın icrasında BƏT-in dəstəyini yüksək dəyərləndirib. O, təşkilatın prinsip və təşəbbüslərinin ölkəmizdə həyata keçirilən əmək və məşğulluq siyasətində diqqətdə saxlandığını qeyd edib. Layiqli əməyin təminatı konsepsiyasının icrası, əmək bazarı ilə kadr hazırlığı sistemi arasında uyğunluğun təmin edilməsi məşğulluq xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və digər sahələrdə aparılan işlər barədə məlumat verib.

Q.Rayder BƏT-lə fəal əməkdaşlıq şəraitində təşkilatın konvensiyalarının, əmək və məşğulluq sahəsində mütərəqqi prinsiplərin icrası sahəsində Azərbaycanın iş təcrübəsinin təqdirəlayiq olduğunu bildirib. O, ölkəmizdə əmək bazarının inkişafı yönündə aparılan islahatların, aktiv məşğulluq tədbirlərinin daha geniş miqyasda həyata keçirilməsi, məşğulluq xidmətlərinin təşkmilləşdirilməsi və s. sahələrdə görülən işlərin BƏT tərəfindən dəstəkləndiyini qeyd edib.

BƏT-in Baş direktorunun müavini, Avropa və Orta Asiya üzrə regional direktor Haynz Kollerlə  görüş zamanı BƏT-lə birgə icra olunan layihələrin, habelə “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın icrası sahəsində aparılan işlər müzakirə olunub.

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında