Qazax:onların üçü də baharın ilk günlərində doğulmuşdu...

Onların üçü də baharın ilk günlərində dünyaya göz açıb. Səməd Vurğun martın 21-də, Mehdi Hüseyn və İsmayıl Şıxlı isə martın 22-də doğulub. Hər üçü xalq şairi və xalq yazıçısıdır.Hər üçü qazaxlıdır və ən nəhayət, Azərbaycan xalqının fəxri və sevimlisidir. Bəs belə bir gündə onları unutmaq olarmı?!

…Rayon ictimaiyyətinin nümayəndələri, şair və yazıçıların qohumları, icra hakimiyyətinin, Yazıçılar İttifaqı Qazax şöbəsinin səlahiyyətli nümayəndələri, millət vəkilləri, Bakıdan gəlmiş qonaqlar ədiblərin rayonda ucaldılan abidələri önünə gəldilər, gül-çiçək dəstələri qoydular, xatirə söylədilər, şeir dedilər.  Bu tədbirlərdə Milli Məclisin deputatı Kamran Nəbizadə, Yeni Azərbaycan Partiyası İcra Katibliyinin məsul işçisi Rafael Gülməmmədov, «Odlar Yurdu» universitetinin rektoru Əhməd Vəliyev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti, sərbəst güləş üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Firdovsi Umudov, IV İslam Həmrəyliyi Oyunlarının zorxana və pəhləvan güləşi üzrə gümüş mükafatçısı, zorxana idman növü üzrə Avropa və Dünya çempionu, sərbəst güləş üzrə Əməkdar məşqçi, Beynəlxalq dərəcəli hakim Tural Əliyev, gənc rəssam Akif Əmirov, şair Zaməddin Ziyadoğlu iştirak edirdilər.

Artıq ənənənə şəklini alan bu xeyirxah iş Qazaxda hər bir sakinin ürəyindən xəbər verir. Bu məsələlərə həddindən artıq diqqət və həssaslıqla yanaşan Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxışı zamanı çox haqlı olaraq dedi ki, belə görkəmli şəxsiyyətləri xalq unutmur və bundan sonra da unutmayacaqdır. Unutmaq tariximizi, keçmişimizi, mədəniyyətimizi unutmaq olardı, – deyə rayon rəhbəri bildirmişdir.

 

Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında