Meksikanın Azərbaycandakı səfiri İmişli rayonunda olmuşdur.

Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini regionlararası əlaqələrin inkişafını müzakirə etmək məqsədi ilə İmişli rayonuna səfər etmişdir. Səfir Rodriqo Labardini və İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Haciyev  Heydər Əliyev Mərkəzi ilə tanış olmuş və səfərin məqsədi barədə müzakirələr aparılmışdır.

Müzakirə zamanı icra başçısı Vilyam Hacıyev kənd təsərrüfatının potesialından, ölkədə qeyri-neft sektorunun inkişafından və pambıqçılığın inkişaf etdirlilməsinin üstünlüyü barədə danışmışdır.

Səfir Rodriqo Labardini isə Meksika barədə məlumat verib və rəhbərlik etdiyi diplomatik nümayəndəliyin fəaliyyətindən söz açmışdır.Qeyd edib ki, səfirlik regionlararası əlaqələrin gücləndirilməsini vacib və zəruri sayır. Məhz bunun üçün diplomatik missiyanın tədbirləri yalnız paytaxtda deyil, ölkənin digər rayon və şəhərlərində keçirilir. Diplomat ölkənin ən çox inkişaf etmiş sektorlardan biri olan Meksikanın kənd təsərrüfatından da danışıb.

Səfər çərşivəsində səfir Rodriqo Labardini İmişli şəkər zavoduna,  İmişli pambıq təmizləmə zavoduna və “ARAZ-KO” LTD istxana kompleksinə baxış keçirmiş və İmişli rayonunda hansı sahələr üzrə iş görülməsi barədə  işgüzar söhbətlər aparılmışdır.


 

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında