Qobustan rayonunda Novruz bayramı münasibəti ilə tədbir keçirilib

Xalqımızın müqəddəs bayramı olan Novruz hər gəlişi ilə ürəklərə hərarət,könüllərə təravət gətirir. Soyuq qış aylarından sonra təbiətin oyanışı,dağ və yamacların yaşıl örpəyə bürünməsi insanlarda həyat eşqini daha da artırır. Belə bir vaxtda hər kəsin ürəyində bir arzu baş qaldırır ki, o da gündən günə çiçəklənən müstəqil Azərbaycanı bundan sonra da firavan görmək. Bu günlər respublikamızın bütün bölgələrində bayram əhval-ruhiyyəsi hökm sürür.

Tədbir Qobustan rayon İdman Olimpiya Kompleksində təşkil edilmişdi. İdman Olimpiya Kompleksinin önündə böyük bir tonqal qurulmuşdu. Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov bayram tonqalını alışdırdı və bayram tədbiri başlandı.   Rəsmi hissə Qobustan rayon İdman Olimpiya Kompleksində davam etdi. Tədbirdə  Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov çıxış edərək bütün qobustanlıların bayramını təbrik edərək qürurla vurğuladı ki, Novruz xalqımızın sevimli bayramıdır.

Əsrlər boyu yurdumuzda bu bayram təntənə, coşqu ilə qeyd edilir. Azərbaycanda hər il mart ayında qeyd olunan xonçalı, xoş qədəmli, ruzi-bərəkətli Novruz baharın gəlişi, təbiətin canlanması, torpağın oyanışı ilə bağlıdır. Bu bayram insanlar arasında birlik və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam təməllər üzərində qurulub. Bu gün keçirilən Novruz bayramı hamıda xoş ovqat yaradır. A.Məmmədov çıxışının sonunda Qobustan rayonuna göstərilən diqqət və qayğıya görə  möhtərəm Prezidentimiz cənab İlham Əliyevə təşəkkürünü bildirdi.

Rəsmi hissə bitdikdən sonra Novruz şənliyi başladı.Novruz bayramı şənliyində özfəaliyyət dərnəyinin, rəqs və mahnı qruplarının çıxışları rəğbətlə qarşılandı. Xalqımızın qədim ənənələrinin, dəyərlərinin, əl işlərinin, məişətinin tərənnümü tədbirə xüsusi bir gözəllik verirdi. Tədbir konsert proqramı ilə davam etdi.

 

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında