Əhali tibbi müayinələrlə bağlı maarifləndirilir

Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində əhalinin tibbi müayinələrinin keçirilməsi barədə geniş ictimaiyyəti məlumatlandırmaq və bu müəssisələrdə yaradılan şərait, aparılan müayinələrlə bağlı vəziyyəti öyrənmək məqsədilə ilə paytaxt və regionlarda yerləşən səhiyyə müəssisələrində maarifləndirmə tədbirləri həyata keçirilir.  

Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzində keçirilən tədbir zamanı baş həkim Dadaş Hümbətov bildirib ki, bu müayinələrin məqsədi xəstəliklərin vaxtında aşkarlanması və düzgün müalicələrin tətbiq edilməsidir. Müəssisədə ay ərzində 12 min nəfər tibbi müayinədən keçib. Hər bir müraciət edən vətəndaşda aşkar olunan xəstəliklər haqqında məlumat toplanılır və gələcəkdə fəsad törədəcək risk faktorları barədə onlara tövsiyələr verilir. 

Tədbirdə Siyəzən Mərkəzi Rayon Poliklinikasının baş həkimi Əhməd Quliyev qeyd edib ki, rayon üzrə 5566 nəfər müayinəyə cəlb olunub. Müayinələr zamanı aşkarlanan xəstəliklər arasında ürək-damar və şəkərli diabetdən əziyyət çəkənlər üstünlük təşkil edir. Şəkərli diabet aşkar olunan xəstələr qeydiyyata alınmaqla yanaşı, dövlət tərəfindən dərmanlarla da təmin edilirlər. Həkim briqadaları əsaslı səbəbdən müayinəyə gələ bilməyən və ucqar kəndlərdə yaşayan xəstələri evlərində ziyarət edir, onlara səyyar tibbi xidmətlər göstərilir.

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında